Əli Nağıyev Gürcüstana səfər edib
Bu ölkə Rusiya ilə neft alışını dayandırdı
Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var
250 rus hərbçisi var, vəziyyət kritikdir
Prezident Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb


23.04.2021  12:37 

Azərbaycanlı əsirlərə işgəncə verən erməninin həbs müddəti uzadılıb





A+  A-

Bakı Hərbi Məhkəməsində Birinci Qarabağ müharibəsində azərbaycanlı əsirlərə işgəncə verən, İkinci Qarabağ Müharibəsində hərbiçilərimizə əsir düşən Ermənistan vətəndaşı Lüdviq Mkrtçyanın barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimata baxılıb.
XəzərNews.az APA-ya istinadən xəbər verir ki, keçirilən prosesdə təqdimat təmin edilib. L. Mkrtçyanın barəsindəki həbs müddəti daha 4 ay uzadılıb.

Qeyd edək ki, Lüdviq Mkrtçyan Azərbaycan Cinayət Məcəlləsinin 113-cü (tutulmuş və ya azadlığı başqa cür məhdudlaşdırılmış şəxslərə fiziki ağrılar və ya psixi iztirablar vermə) maddəsi ilə təqsirli bilinir.

Lüdviq Mkrtçyan Birinci Qarabağ savaşında erməni əsirliyində olan azərbaycanlılara xüsusi amansızlıqla işgəncə verib. Həmin faktlar üzrə 2000-ci ildə Azərbaycanın Hərbi Prokurorluğunda cinayət işi başlanıb.

Bu il sentyabrın 27-də Vətən Müharibəsi başlayanda bir qrup erməni hərbçi Azərbaycan Ordusuna əsir düşüb. Onların arasında Lüdviq Mkrtçyan da olub.

İstintaq tərəfindən dindirilən Lüdviq Mkrtçyan Birinci Qarabağ müharibəsində əsir götürülmüş azərbaycanlılara işgəncələr verdiyini etiraf edib.

Birinci Qarabağ müharibəsində erməni əsirliyində olmuş və qaytarılmış bir neçə azərbaycanlı hərbçi də üzləşmə zamanı Lüdviq Mkrtçyanı tanıyıb, onun törətdiyi əməlləri açıqlayıb.

Hazırda Hərbi Prokurorluqda başlanmış cinayət işi üzrə zəruri-istintaq hərəkətləri davam etdirilir.

Xəbər 4123 dəfə oxunub.




25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +