Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var
250 rus hərbçisi var, vəziyyət kritikdir
Prezident Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb
DYP-dən xəbərdarlıq
Kiyev raketlə vuruldu: Ölənlər var
Mehdiyev işində 30 icra başçısı dindirilib?
Polis azyaşlı qızın toyunun qarşısını aldı
Aİ Ukraynaya 20,5 milyard avro ayırıb


23.09.2024  12:18 

Medianews.az 12 yaşında -Foto





A+  A-

Bu gün Medianews.az saytının 12 yaşı tamam olur.

Xəzərnews.az xəbər verir ki, 23 sentyabr 2012-ci ildə fəaliyyətə başlayan “Medianews.az” hər zaman doğru və ciddi xəbərin, haqqı tapdalanan vətəndaşın, dövlətçiliyin və onun haqlı mövqeyinin yanında olub.

12 yaşına qədəm qoyan “Medianews.az” saytı öz oxucu əhatəsinə görə yetərincə yüksək nəticələr göstərir.

2022-ci ildə öz yubileyində yeni dizayn və yeni funksionallıqla izləyicilərinin görüşünə gələn “Medianews.az”ın redaksiya heyəti daim yeniliklərin axtarışında və tətbiqindədir.

“Medianews.az” ölkədaxili məsələlərlə yanaşı, dünyada baş verən ictimai və siyasi, maraqlı xəbərləri istehsal edir.

Saytda Rufik İsmayılov, Kamilə Orucova, Əli Əsgər, Ayşən Rəhim, Turan Oruc, Lamiyə Mirzəyeva, Vüqar Məmmədov, Nailə Qasımova kimi əməkdaşların müəllif yazıları ilə yanaşı, hərbi, siyasi, mədəniyyət, ədəbiyyat, idman xəbərləri, Azərbaycanın haqlı mövqeyinin müdafiəsi, həmçinin, şəhidlərimizin, qazilərimizin keçdiyi döyüş və həyat yolu, tanınmış yazarların köşələri, müasir texnologiyalar və trendlərlə bağlı məlumatlar, xəbərlər yer alır.

Saytın qurucusu və baş redaktoru Ələsgər Süleymanovdur.

Hazırda Medianews.az saytı 3 dildə – Azərbaycan, rus və ingilis dillərində yayımlanır. 2016-cı ildən Azərbaycan Mətbuat Şurasının üzvü, 2022-ci ildən MEDİA Agentliyinin tərəfdaşıdır.

Xəzərnews.az Medianews.az kollektivini 12 illik yubileyi münasibətilə təbrik edir!



İsmayıl Rəhimoğlu
XəzərNews.az


Xəbər 7051 dəfə oxunub.



25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +