Unutmayacağımız gecə...
Kiyevdə ticarət mərkəzində partlayış baş verib
Rusiya Kamianskeyə zərbələr endirib
Uşaq bağçaları və məktəblər bağlandı
Bu Mərkəzin vəzifəli şəxslərinə cinayət işi açılıb
Meyxanaçı Vahid Qədim sevgilisini bıçaqlayıb?
Stadionda çox yaxşı ab-hava var idi - Entso Mareska
Ukraynaya qarşı vuruşan azərbaycanlı həlak olub
Rövşən Məmmədovun “əcəl zəngi”
Sonadək ruhdan düşmədilər - Qurbanov


10.09.2023  21:20 

Azərbaycan əsgəri minaya düşərək xəsarət alıb





A+  A-

Sentyabrın 10-u saat 13:30 radələrində Azərbaycan Ordusunun hərbi qulluqçusu Eminov Xəyyam Mahal oğlu Ağdam rayonu ərazisində bölmələrimizin təminat yolunda qeyri-qanuni erməni silahlı dəstələrinin kəşfiyyat-diversiya qrupu tərəfindən təxribat məqsədilə basdırılmış piyada əleyhinə minaya düşərək xəsarət alıb.

Bu barədə XəzərNews.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

İlk tibbi yardım göstərildikdən sonra yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib. Onun həyatı üçün təhlükə yoxdur.

Hazırda mühəndis-istehkam bölmələri tərəfindən həmin ərazinin minalardan təmizlənməsi işləri aparılır.

Son dövrlərdə Qarabağ iqtisadi rayonundakı Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin ərazilərimizə kütləvi şəkildə yeni minalar döşəməsi, bununla da Azərbaycana qarşı mina terroru siyasətini davam etdirməsi müşahidə edilməkdədir.

Xəbər 3418 dəfə oxunub.




06.11.2025  11:17 

Unutmayacağımız gecə...

05.11.2025  18:05 

Daha bir sosial ev dələduzluğu

05.11.2025  13:27 

Prezident sərəncam imzaladı

05.11.2025  11:40 

Xəzər dənizində zəlzələ olub


BÜTÜN XƏBƏRLƏR +