Ceyhun Bayramov Maqdalena Qrononu qəbul edib
Bu gün Super Ay hadisəsi müşahidə olunur
ADDA-da Səudiyyə Ərəbistanı səfiri ilə görüş keçirilib
İş adamı saxlanıldı: Oteli əxlaqsızlıq yuvasına çeviribmiş
Prezident daha bir sərəncam imzalayıb
Gürcüstandakı əməliyyatda azərbaycanlı öldürülüb?
Daha bir sosial ev dələduzluğu
FHN 1 ədəd 3 otaqlı evi 91 min manata tikdirəcək
Heydərov Mehdiyevə villa bağışlayıb? - Özü danışdı
Bakıda restoranda yanğın başlayıb


30.05.2023  18:03 

Nə üçün biz xalqın ziyanına qərarlar veririk? - Deputat





A+  A-

“Azərbaycanda pensiya yaşının 65 olması heç kim tərəfindən qəbul olunmur”.

XəzərNews.az Anews.az-a istinadən xəbər verir ki, bunu deputat Tahir Kərimli Milli Məclisin mayın 30-da keçirilən iclasında çıxışı zamanı deyib.

“Ümumi baxsaq, Azərbaycan MDB məkanında ən çox pensiya yaşı tətbiq edən ölkədir. Nə üçün biz xalqın ziyanına olan qərarlar veririk? Təklif edirəm ki, kişilər 62, qadınlar isə 59 yaşında pensiyaya çıxsın. Üç uşağı olan analar isə 55 yaşında pensiya almaq imkanına malik olsun. Bu məsələnin üstündə ciddi durmaq lazımdır”, - deputat bildirib.
T.Kərimli təklif edib ki, iş ştajı da 25 ildən 15 ilə çatdırılsın.

Qeyd edək ki, hazırda Azərbaycanda pensiya yaşı kişilər üçün 65, qadınlar üçün isə 1 iyula kimi 63 yaş müəyyən olunub. Qadınların pensiya yaşı 2026-ci ilə qədər 6 aydan bir qaldırılması nəzərdə tutulub.

Xəbər 2784 dəfə oxunub.




05.11.2025  18:05 

Daha bir sosial ev dələduzluğu

05.11.2025  13:27 

Prezident sərəncam imzaladı

05.11.2025  11:40 

Xəzər dənizində zəlzələ olub


BÜTÜN XƏBƏRLƏR +