Meyitdən ürək köçürülən gənc evə buraxıldı
Həbs edilən icra başçısı apellyasiya şikayəti verməkdən imtina edib
İstənilən anda yıxıla bilərik...-Sebastyan
Bu şəhərdə qan su yerinə axır
“Suverenlik Yolunda Təhsil Missiyası” bu dəfə Tərtərdə
Bu avtomobillərin aksiz dərəcəsi artırılır
Deputatı ömürlük həbs cəzası gözləyir
Əli Xameneinin şəklini yandırdı, başından güllələndi
Bloger yerli sakinlərin etirazı ilə qarşılandı - Səbəb?
Kürəkənə 10 il iş verildi


02.11.2022  10:14 

“Sipark” şirkəti insanları aldatı, onlar da etiraza...





A+  A-

Bu vətəndaşlar Nərimanov rayon Təbriz küçəsinin sakinləridir. Onlar 2017-ci ildən pilot layihə adı ilə binalarından çıxarılıblar.

Binanın yerində tikinti aparan “Sipark” şirkəti sökülən evlərinin yerində onlara mənzil verməyi vəd edib.

Şirkət bu prosesin 18 aya bitəcəyini də deyib. Lakin sakinlər deyir ki, 6 ilə yaxındır ki, bu vədə əməl edilmir.

Bina təhvil verilməyib. Üstəlik, sakinlər onlara veriləcək kirayə pullarını da vaxtı-vaxtında ala bilmirlər.

Şirkətdən qənaətbəxş cavab ala bilməyən sakinlər Nərimanov Rayon İcra hakimiyyətinə üz tutublar.

“Camaat əsir qalıb, hamını kirayəçi atır qırağa. 300 manata indi ev yoxdur. Bu dəqiqə millət tökülüb küçələrə. İnanırsan, 300 manata ev tapmaq mümkün deyil? Yoxdur, ruslar da gələndən bəri ümumiyyətlə yoxdur”, şikayətçi bildirir.

Haqlarının pozulduğunu deyən, şirkətin laqeyd münasibətindən gileylənən sakinləri burada Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev qəbul edib.

O, sakinlərə şirkət nümayəndəsi ilə görüş və müzakirə təklif edib.

Lakin sakinlər ümidsizdir. Onlar dəfələrlə şirkət rəhbərliyi ilə təşkil edilən görüşlərdə verilən vədlərin nəticəsiz qaldığını deyirlər.

“Vəd veriblər, yerinə yetirməyiblər ki, hər şey yaxşı olacaq. Kirayə pullarınızı alacaqsınız. Nə kirayə pulu ala bilirik, nə də ki tikinti getmir”, Əbülfət Qulamalıyev deyir.

“Başçıya inanırıq, amma şirkətə inanmırıq. Biz evimizi də icra başçısının nümayəndələrinə vermişik, şirkətə verməmişik. Şirkətdə adam yoxdur. Yalandan müqəvva kimi 3-4 adam qoyublar orada”, – şikayətçi danışır.

Meydan TV-yə danışan sakinlər deyir ki, bu görüşdən sonra şirkət rəhbərliyi ilə görüş təşkil olunub, onlara kirayə pullarının vaxtında veriləcəyi və binanın 1 il ərzində təhvil veriləcəyi söz verilib.

Sakinlər demək olar ki, hər həftə nə vaxtsa evlərinin yerləşdiyi bu ərazidə ucalan natamam binanı ziyarətə gəlirlər.

Onlar şirkət nümayəndələrini və işçiləri sorğuya tutur, dəqiq bir cavab umurlar.

“Tikmirlər ki, bunlar. Mən türklərlə işləmişəm, Aİ-nin nümayəndələri ilə. Onlar deyir ki, belə binalarda işləyən adam 80-90 nəfər olmalıdır. Burada cəmi 5-6 nəfərdir. 5-6 nəfərlə də bu tikilməz”, – sakin Musa Məmmədov vurğulayır.

“Pullar vaxtı-vaxtında verilmir, evimiz tikilmir. 5 ildir biz bu yollardayıq, get-gəl, get-gəl. Ölən öldü, qalan qaldı. Camaat zülm, əziyyət çəkir. İndi də qış gəlir qarşıdan”, – şikayətçi deyir.

“Küçələrdə qalmaqdan bezmişik biz də. Nə qədər küçələrdə… Oradan-ora köçmək, buradan-bura köçmək… Bezmişik biz”, – Simayə Mirzəyeva deyir.

“Sipark” şirkəti Meydan TV-yə məsələ ilə bağlı hələ ki şərh verməyib.

Sakinlər isə bina təhvil verilməyənədək dövlət qurumlarına müraciət edir, bir gün bu binada öz şəxsi evlərində yaşamağın arzusu ilə yaşayırlar.

Xəbər 2576 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.11.2025  19:39 

Bu şəhərdə qan su yerinə axır

03.11.2025  15:25 

Kürəkənə 10 il iş verildi

03.11.2025  14:44 

“Şəbnəmdən zəhləm gedir”


BÜTÜN XƏBƏRLƏR +