Meyitdən ürək köçürülən gənc evə buraxıldı
Həbs edilən icra başçısı apellyasiya şikayəti verməkdən imtina edib
İstənilən anda yıxıla bilərik...-Sebastyan
Bu şəhərdə qan su yerinə axır
“Suverenlik Yolunda Təhsil Missiyası” bu dəfə Tərtərdə
Bu avtomobillərin aksiz dərəcəsi artırılır
Deputatı ömürlük həbs cəzası gözləyir
Əli Xameneinin şəklini yandırdı, başından güllələndi
Bloger yerli sakinlərin etirazı ilə qarşılandı - Səbəb?
Kürəkənə 10 il iş verildi


26.10.2022  13:55 

Sabir Rüstəmxanlı: “Danışılmalı problemlər çoxdur“





A+  A-

"Kəndlərdəki mədəniyyət ocaqlarının, kitabxanaların işçiləri yarıbayarı ixtisar edilib".

XəzərNews.az xəbər verir ki, bunu Xalq şairi Sabir Rüstəmxanlı Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayında çıxışı zamanı deyib.

O bildirib ki, rəsmi orqanlar illər uzunu Güney Azərbaycan üçün kadr hazırlığını əldən verib:

"Bir nəfər də Güneydən gələn gəncimizi dövlət hesabına oxutmamışıq. Müxtəlif yerlərdən gələnlər oxuyublar. İdeoloji işimizə başçılıq edənlərin sovet təfəkküründən qopa bilməməsi bəzən Güneylə bağlı siyasətimizin düzgün qurulmasına mane olub. Şükür ki, Qarabağ zəfəri və bölgədə gedən proseslər türk birliyi yolunun nicat yolu olmasını sübut edir. Danışılmalı problemlər çoxdur. Kəndlərdəki mədəniyyət ocaqlarının, kitabxanaların işçilərinin yarıbayarı ixtisar edilib. Televiziyalarda kitab təbliğatı unudulub. Kəndlərin çoxunda əhali yığışanda məscidlərdən başqa yer tapa bilmirlər. Yenidən əhalinin bir hissəsi orta əsrlər təfəkkürünə qayıdırlar. Bu, son dərəcə ciddi bir problemdir".

"İngilis və rusdilli məktəblərin içində bütün dərslər həmin dillərdə keçirilir. Həmin gənclərlə bizim yazıçılarımızın əlaqəsi necə qurulacaq? Gənclərimiz ədəbiyyatımızdan xəbər tuta biləcəkmi? Buna görə də uyğun tədbirlər görülməlidir. Azərbaycanda çağdaş tələblərə cavab verən yeni muzey kompleksi tikilməlidir. Əlyazmalar İnstitutu daha etibarlı şəraitdə qorunmalıdır. Dünya muzeylərində Azərbaycan klassik ədəbiyyatının inciləri çoxdur və onlar nə qədər ki, məhv olunmayıb, Azərbaycana qaytarılmalıdır. Müharibə şəraitinə, üzləşdiyimiz çətinliklərə baxmayaraq AYB-nin qorunub saxlanması, ədəbi orqanlarımızın yüksək səviyyədə nəşri məni ürəkdən sevindirir. Bu işdə bizim ağsaqqal yazıçımız Anar Rzayevin böyük zəhməti var", - Xalq şairi əlavə edib./Bakupost.az

Xəbər 2579 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.11.2025  19:39 

Bu şəhərdə qan su yerinə axır

03.11.2025  15:25 

Kürəkənə 10 il iş verildi

03.11.2025  14:44 

“Şəbnəmdən zəhləm gedir”


BÜTÜN XƏBƏRLƏR +