Meyitdən ürək köçürülən gənc evə buraxıldı
Həbs edilən icra başçısı apellyasiya şikayəti verməkdən imtina edib
İstənilən anda yıxıla bilərik...-Sebastyan
Bu şəhərdə qan su yerinə axır
“Suverenlik Yolunda Təhsil Missiyası” bu dəfə Tərtərdə
Bu avtomobillərin aksiz dərəcəsi artırılır
Deputatı ömürlük həbs cəzası gözləyir
Əli Xameneinin şəklini yandırdı, başından güllələndi
Bloger yerli sakinlərin etirazı ilə qarşılandı - Səbəb?
Kürəkənə 10 il iş verildi


01.09.2022  09:49 

6 il azadlıqdan mərhum edilmişdilər, azadlığa çıxdılar





A+  A-

Dələduzluq, mənimsəmə və rüşvət verməyə təhrik etmədə ittiham olunan təhsil işçilərinin apellyasiya şikayətinə baxılıb.

XəzərNews.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilərək bu ilin aprel ayında məhkəmə zalında həbs edilən Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) nəzdində Humanitar Kollecin şöbə müdiri işləmiş Gülnarə İsgəndərova, Tibb Universitetinin əməkdaşları Kəmalə Alıyeva və Elmira Babayevanın apellyasiya şikayəti təmin edilib. Məhkəmə onların barəsindəki həbs hökmünü ləğv edib və hər biri şərti cəzaya məhkum edilərək avqustun 25-də məhkəmə zalından azadlığa buraxılıblar.

Qeyd edək ki, G.İsgəndərova 6 il 6 ay, K.Alıyeva və E.Babayeva isə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.

G.İsgəndərova 2017-ci ildən etibarən qulluq mövqeyindən istifadə edərək ATU-nun əməkdaşları ilə əlbir olaraq ümumilikdə 21 nəfərdən Tibb Universitetində müxtəlif vəzifələrə düzəltmək adı ilə 126 500 manat alıb. İtihama görə, vətəndaşlara qarşı dələduzluq edərək onları rüşvət verməyə təhrik edib, universitetdə müxtəlif vəzifələrə işə düzəlmələrinə dair Universitetin adından saxta əmrlər hazırlayıb.

Xatırladaq ki, onlarla bağlı 2021-ci ilin dekabrında cinayət işi açılmış, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi işi araşdırmağa başlamışdı./“Qafqazinfo”

Xəbər 3001 dəfə oxunub.




03.11.2025  19:39 

Bu şəhərdə qan su yerinə axır

03.11.2025  15:25 

Kürəkənə 10 il iş verildi

03.11.2025  14:44 

“Şəbnəmdən zəhləm gedir”


BÜTÜN XƏBƏRLƏR +