Ərdoğan Azərbaycana səfər edəcək?
Diaspor sədri təltif olundu - Foto
Pokrovskın ələ keçirilməsi Rusiyaya nə verəcək?
“Pajiznicesi” yenidən həbs olundu
Prezident Pəncəli Teymurova Milli Qəhrəman adı verdi
Ukrayna ordusu Krımda neft bazasını vurub
Lavrovun Putinin gözündən düşməsi... – Peskov
Tiktoker və blogerlər qumara görə saxlanıldı - Video
Ruslara Şengen vizası qadağası gəlir
“Binə”də sahibkarlar narazılıq edir - Səbəb?


20.07.2022  13:53 

Gömrük Komitəsində neçə nehrəmli var?





A+  A-

Bir neçə gün əvvəl vəzifəsindən azad edilən Səfər Mehdiyevlə bağlı ən çox müzakirə edilən məsələlərdən biri onun qohumlarını, tanışlarını və ən əsası Nehrəm kəndindən olan yaxınlarını Gömrük Komitəsinə yığması ilə bağlıdır.

XəzərNews.az xəbər verir ki, Bakupost.az mövzunun aktuallığını nəzərə alaraq komitədəki nehrəmlilərlə bağlı kiçik bir araşdırma aparıb.

Məlum olub ki, komitənin 4 000 əməkdaşından 1400-ü Nehrəm kəndindədir. Bu sayın 1800, hətta 2000 olduğunu iddia edənlər də var. Səfər Mehdiyev komitənin az qala yarısını öz doğulduğu kəndin adamlarına etibar edib. Bu şəxslərin içərisində heç şübhəsiz ki, yaxın qohumları da var.

Onların sayı 40-dan çoxdur. Vaxtilə müxtəlif media orqanlarında Səfər Mehdiyevin 36 qohumunun siyahısı dərc olunub. Həmin şəxslərin çoxu yüksək post tutur.

Qeyd etmək lazımdır ki, gömrük sistemində naxçıvanlılar, nehrəmlilər S. Mehdiyevin sədrliyindən əvvəl də çalışıb. Amma S.Mehdiyev rəhbər gətirildikdən sonra demək olar ki, yalnız nehrəmlilər işə götürülüb.

Bununla bağlı maraqlı bir məqamı da qeyd edək. S.Mehdiyevə qədər Gömrük Akademiyasının binasında gömrük kursları fəaliyyət göstərib. Kursa əslən Naxçıvandan olan Kamil Eyyubov rəhbərlik edirmiş. Bu kurslarda Gömrük Akademiyasına tələbələr hazırlayır, əksəri də işlə təmin olunurmuş. S.Mehdiyev sədr postuna oturan kimi kursları ləğv edib. Sədrin adından K. Eyyubova çatdırılıb ki, komitəyə yalnız nehrəmli lazımdır, onlardan isə imtahan tələb olunmur.

Nehrəmli gömrükçülərdən 5-i generaldır: general-polkovnik Səfər Mehdiyev, DGK Akademiyasının rəisi Qulu Novruzov, DGK sədr müavini, general-leytenant Əsgər Abdullayev, general-mayor Kənən Məmmədov və həbs olunmuş general-mayor Məsum Rəsulov.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) DGK-də bir neçə dəfə əməliyyatlar aparıb.

Əməliyyatlar nəticəsində Komitənin generalları, vəzifəli şəxsləri saxlanılıb.
Baş verənlərdən sonra Prezident İlham Əliyev DGK sədri S. Mehdiyevi vəzifəsindən azad edib.

Həmçinin, DGK-də Hesablama Palatası tərəfindən maliyyə yoxlamaları da aparılır.


Xəbər 3469 dəfə oxunub.



07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi

07.11.2025  10:50 

Baş redaktor vəfat etdi

07.11.2025  10:26 

Bakıda evdən meyit tapıldı

06.11.2025  17:38 

Əməkdar artist vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +