Meyitdən ürək köçürülən gənc evə buraxıldı
Həbs edilən icra başçısı apellyasiya şikayəti verməkdən imtina edib
İstənilən anda yıxıla bilərik...-Sebastyan
Bu şəhərdə qan su yerinə axır
“Suverenlik Yolunda Təhsil Missiyası” bu dəfə Tərtərdə
Bu avtomobillərin aksiz dərəcəsi artırılır
Deputatı ömürlük həbs cəzası gözləyir
Əli Xameneinin şəklini yandırdı, başından güllələndi
Bloger yerli sakinlərin etirazı ilə qarşılandı - Səbəb?
Kürəkənə 10 il iş verildi


14.07.2022  12:33 

Qovluqlu quldurlar... - O gedir, bu gəlir, bu gedir...





A+  A-

Axşamtərəfi sahildə bir məkana çay içməyə getmişdik. Biz çatanda adam çox idi, sonra yavaş-yavaş masalar seyrəkləşdi. 10-un yarısı olardı, gördüm girişdə pota, yekəqarın, əlində qovluq biri dayanıb. Administratorun məcburi gülümsəyən sifətindən anladım ki, hansısa dövlət qurumundandır, əmma axtarmağa gəlib.

Demək, bu pota eni-uzunu 50-60 metr olan obyekti yalan olmasım, bir 25 dəfə fırfıra kimi fırlandı. Gözümün qabağına sümsük it gəldi. Masalara baxdı, mətbəxə girdi, terasa qalxdı, yelləncəklərin yanında qurdalandı, ofisiant masasına gəlib suallar verdi, arada bir-iki sinini götürüb arxasındakı yazılara göz atdı, müştəriləri saydı. Arzuolunmaz şəxs obyektdə vurnuxduqca administrator da izah verə-verə onun yanında dolaşdı. Açıq-aydın görünürdü ki, pota ilişməyə məqam axtarır. Sonra bir masa oturdu, qovluğu açıb nəsə yazmağa başladı. Bu yazır, ayaq üstə dayanan administrator da oxumağa çalışır. Masaya mürəbbə ilə çay qoydular. Pota hələ yazır… Yazdı, bitirdi, çaydan bir qurtum aldı - əldən düşüb axı - durdu, barmağını silkələyə-silkələyə, donquldana-donquldana çıxıb getdi.

Arxasınca baxdım, görüm, yan tərəfdəki iribuynuzlu bir məmura aid nəhəng, səsi yeri-göyü götürmüş restorana da girəcək? Hara girir. Ordan keçəndə az qaldı qovluğu qarnının altında gizlədə.

Biz az sonra administratorla danışdım. Dedi, biz buranı 20 gündür açmışıq, bu yoxlamalardan bezmişik. O gedir, bu gəlir, bu gedir o birisi peyda olur. Qazandığımıza ya rüşvət, ya da cərimə kimi alıb aradan çıxırlar. 10 afisiant götürmüşdük işə, məcburuq gələn ay 3-nü çıxaraq, çatdıra bilmirik. 600 manatla müqavilə bağlamışdıq, 1 ay təlim keçmişdik. Hamısı kasıb ailələrin uşaqlardır. Əsgərlikdən gəliblər, iş yox, güc yox, imkan vermirlər işləməyə.

Çay da burnumdan gəldi, “istirahət” də, gördüyüm gözəl mənzərə də. Nə qədər yırtıcı, gənə kimi millətin qanını soran məmur var ölkədə?

Aygün Muradxanlı

Xəbər 3247 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.11.2025  19:39 

Bu şəhərdə qan su yerinə axır

03.11.2025  15:25 

Kürəkənə 10 il iş verildi

03.11.2025  14:44 

“Şəbnəmdən zəhləm gedir”


BÜTÜN XƏBƏRLƏR +