Fransa və Azərbaycan diplomatları Bakıda görüşdü
“Pis hazırlaşmamışıq, futbolçularıma inanıram“ -Qurbanov
Gürcüstandan Azərbaycana yük dövriyyəsi neçə faiz azalıb?
Ramiz Mehdiyevin Qəbələdəki villası -VİDEO
50 yaşlı kişi 17 yeniyetmə qızı qaçırdı
Sabahdan bu yollar bağlanır - Xəbərdarlıq!
Mikayıl Cabbarov: Vergi güzəşti dayandırılır
“Lukoyl” neft emalı zavodu vurulub - Video
Nazirlər MM-də büdcə müzakirələrində
Azər İsmayılov saxlanılıb... - 50-dən çox şəxsi aldadıb


30.10.2020  13:45 

“Ağgöl və Göygöl milli parklarına raket mərmiləri düşüb”





A+  A-

“İşğalçı Ermənistan insanlığa və günahsız dinc sakinlərə qarşı törətdiyi cinayətləri, terror aktlarını davam etdirərək təkcə region üçün deyil, planetin ekoloji tarazlığı üçün də qiymətli olan təbiət abidələrini, flora və faunanı məhv edir. Bununla da Ermənistan faktiki olaraq Azərbaycan təbiətinə qarşı ekoloji terror törədir”.
XəzərNews.az-a daxil olan məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki, Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozaraq və münaqişənin coğrafiyasını genişləndirərək cəbhə xəttindən kənarda yerləşən Ağcabədi və Göygöl rayonlarını mütəmadi artilleriya atəşinə tutması nəticəsində Ağgöl və Göygöl milli parklarının ərazilərinə bir neçə dəfə raket mərmiləri düşüb:

“Təcavüzkar Ermənistanın törətdiyi bu terror siyasəti nəticəsində Cənubi Qafqazda füsünkar gözəlliyə malik nadir təbii gölləri və unikal landşaftı ilə zəngin yeganə təbiət ərazisi olan Göygöl milli parkının və “Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan sulu-bataqlıq yerlər haqqında” Ramsar Konvensiyasının siyahısına daxil edilmiş Ağgöl milli parkının ərazisində yanğınlar baş verib, flora və faunaya, təbii landşafta ciddi ziyan dəyib”.

Nazirliyin rəsmisi qeyd edib ki, uzun illərdir işğal altında saxladığı ərazilərdə törətdiyi ağır ekoloji terrorla kifayətlənməyən təcavüzkar Ermənistan dövləti indi də ekoloji mühitin toxunulmazlığı haqqında beynəlxalq konvensiyaların tələblərini kobudcasına pozaraq və BMT-nin ətraf mühit üzrə müvafiq təşkilatlarının normativ aktlarına məhəl qoymayaraq cəbhə bölgəsindən kənarda yerləşən xüsusi mühafizə olunan təbiət ərazilərini hədəfə alır. Ermənistan Azərbaycanın mülki əhalisinə, həmçinin təbiətinə qarşı törədilən və biomüxtəlifliyin məhvinə səbəb olan işğalçı siyasətini, qeyri-insani cinayət əməllərini bununla da bir daha nümayiş etdirir:

“Ermənistan tərəfindən insanlara və ətraf mühitə qarşı bu cür qəddar və qeyri-humanist hərəkətləri şiddətlə qınayır və beynəlxalq hüquq müdafiəçilərini işğal olunmuş Azərbaycan ərazilərində erməni separatçılarının törətdikləri cinayətləri dünya ictimaiyyətinə çatdırmaq üçün təxirəsalınmaz addımlar atmağa çağırırıq”.

Xəbər 3862 dəfə oxunub.




04.11.2025  11:29 

AzTV-də üzə çıxan nöqsanlar...

04.11.2025  11:05 

Elşən Məhərrəmov vəfat edib

04.11.2025  10:49 

Daha bir çörək sexi bağlandı

04.11.2025  10:02 

Azərbaycan nefti cüzi bahalaşıb

03.11.2025  19:39 

Bu şəhərdə qan su yerinə axır


BÜTÜN XƏBƏRLƏR +