Prezident sərəncam imzaladı
Ukrayna ordusu Orel və Vladimir şəhərlərinə zərbə endirib -FOTO/VİDEO
Saxta sənədlə Azərbaycana gəldi, hava limanında saxlanıldı
Sabiq deputatın oğlu Ədliyyə Nazirliyinə müraciət etdi -FOTO
Zəfər paradına hazırlıq işlərindən görüntülər -FOTO
Xəzər dənizində zəlzələ olub
Azərbaycanlı avtoritet polisə atəş açdı
Generalın lüks maşınları necə əlindən çıxdı?
Vəkil Elkin Kərimli “Həmdəm” hoteldə ölü tapıldı
Yağıntılı hava şəraiti davam edir


02.10.2020  00:46 

Ermənistan ərzaq qıtlığı ilə üz-üzədir – “Hədəf”də MÜZAKİRƏ





A+  A-

Bu gün dünyanın gözü Cənubi Qafqazda, Dağlıq Qarabağdadır. Azərbaycan Ordusu işğal olunmuş ərazilərini azad etmək üçün əks-hücum əməliyyatlarına başlayıb. Beş gündür davam edən əməliyyatlarda işğalçı Ermənistanın yüzlərlə hərbi-texniki vasitələri, canlı qüvvəsi məhv edilib. Məlumdur ki, dünyada həbri əməliyyatlar həm də resurs müharibəsi kimi qiymətləndirir. Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilməyən Ermənistan savaşın iqtisadi aspektində də böyük zərbələr almaqdadır. Onsuz da miskin, dilənçi kökündə olan işğalçı dövlətin müharibə nəticəsində iqtisadiyyatının qısa müddətdə tam çökəcəyi proqnozlaşdırılır.
XəzərNews.az-ın məlumatına görə, Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” analitik proqramında sözügedən məsələ müzakirəyə çıxarılıb. Verilişin qonaqları, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev mövzu ətrafında fikirlərini bölüşüblər.

V.Qasımlı qətiyyətlə bildirib ki, Ermənistan hərbi əməliyyatlara tab gətirmədiyi kimi, resurs müharibəsinə də tab gətirə bilməyəcək. V.Qasımlı deyib ki, rəhbəri olduğu qurum müharibənin ilk 4 gününün təhlilini aparıb: “4 gün ərzində düşmənə endirilən zərbələr nəticəsində Ermənistanın təxminən 1.2 milyard ABŞ dollarından çox hərbi texnika və sursatı məhv edilib. İlk 4 gündə məhv edilən təkcə hərbi texnika və sursatın dəyəri Ermənistanın strateji valyuta ehtiyatlarının yarısına və dövlət büdcəsinin üçdə birinə bərabərdir”. İcraçı direktor vurğulayıb ki, Ermənistan milli valyutanın devalvasiyası və ərzaq qıtlığı kimi təhdidlərlə üz-üzədir.

Məsələnin siyasi aspektlərinə toxunan F.Şəfiyev isə bildirib ki, Azərbaycan Ordusunun gücü, qüdrəti və peşəkarlığı qarşısında duruş gətirə bilməyən Ermənistan dezinformasiyalar yaymaqla, yalan məlumatlarla öz cəmiyyətlərini və dünya ictimaiyyətini aldatmağa cəhd göstərir. O, qeyd edib ki, Ermənistan muzdluları Dağlıq Qarabağa gətirməklə terrorçu mahiyyətini bir daha nümayiş etdirməkdədir.

Xəbər 3896 dəfə oxunub.




05.11.2025  13:27 

Prezident sərəncam imzaladı

05.11.2025  11:40 

Xəzər dənizində zəlzələ olub

04.11.2025  11:29 

AzTV-də üzə çıxan nöqsanlar...

04.11.2025  11:05 

Elşən Məhərrəmov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +