Meyitdən ürək köçürülən gənc evə buraxıldı
Həbs edilən icra başçısı apellyasiya şikayəti verməkdən imtina edib
İstənilən anda yıxıla bilərik...-Sebastyan
Bu şəhərdə qan su yerinə axır
“Suverenlik Yolunda Təhsil Missiyası” bu dəfə Tərtərdə
Bu avtomobillərin aksiz dərəcəsi artırılır
Deputatı ömürlük həbs cəzası gözləyir
Əli Xameneinin şəklini yandırdı, başından güllələndi
Bloger yerli sakinlərin etirazı ilə qarşılandı - Səbəb?
Kürəkənə 10 il iş verildi


01.02.2025  17:50 

Vəkil Adəm Məmmədovla bağlı 30 minlik İDDİA





A+  A-

Bir müddət öncə fəaliyyəti dayandırılan vəkil Adəm Məmmədov haqqında intizam icraatının başladıldığı elan olunsa da, təfərrüatlar açıqlanmadı. Lakin uzun illərdir fəaliyyət göstərən, bir çox səs-küylü proseslərdə vəkil kimi çıxış edən Adəm Məmmədovun fəaliyyətinin dayandırılması təbii ki, açıq suallar yaratmaqla yanaşı, həm də böyük maraq doğurur. Müxtəlif iddialara görə, vəkil Adəm Məmmədov bir sıra məhkəmə proseslərində qərarların ayrı-ayrı şəxslərin leyhinə təmin ediləcəyinə vəd verərək onların külli miqdarda pulunu mənimsəyib. Ancaq vədini yerinə yetirə bilməməsi onun başına əməlli-başlı “oyun” açıb.

Səsləndirilən iddiaların doğru olub-olmadığını araşdırmaq qərarına gəldik və nəticə bizi vəkil Adəm Məmmədovun bu cür “əməlindən” zərər çəkənlərdən olan Abasov Şirin Tarış oğlu ilə qarşılaşdırdı.

XəzərNews.az xəbər verir ki, konkret.az-a açıqlama verən Şirin Abbasov elə ilk telefon danışığımızda vəkil Adəm Məmmədovun ondan 30 min manat pul aldığını iddia edib:

“Oğlum avtoqəza keçirmişdi. Rayon məhkəməsində ona 4 il 9 ay olmaqla məntəqə tipli cəza verildi. Ancaq avtoqəza nəticəsində ölən şəxsin varisi ilə barışıq olmadığı üçün Adəm Məmmədov oğluma zəng edərək onu yanına çağırıb. Bildirib ki, 30 min manat pul verilməlidir ki, Apellyasiya Məhkəməsi rayon məhkəməsinin qərarını qüvvədə saxlasın. Oğlum da məcbur qalaraq 30 min manatı Adəm Məmmədova verib. Bundan sonra Apellyasiya Məhkəməsində 3 iclas keçirilib. Dördüncü iclasda isə Adəm Məmmədov oğluma bildirdi ki, məhkəməyə gəlməsin. Məqsəd o idi ki, oğlum barəsində axtarış elan olunsun və tapılana qədər vaxt udsun, işi həll etsin. Lakin bir ay yarım keçəndən sonra oğlumu tutaraq “Kürdəxanı”ya göndərdilər. On iki gündən sonra Apellyasiya Məhkəməsi keçirildi və oğluma 5 il 6 ay iş kəsdilər. Belə olan halda Adəm Məmmədovdan pulumu geri verməsini tələb etdim. Barəsində şikayətlər verdim və aidiyyatı qurumlara müraciətlər ünvanladım. Bundan sonra məni otağına çağıraraq barəsində etdiyim şikayəti geri götürməyimi istədi və oğlumu bəraət və ya məntəqə tipli cəza ilə həbsdən çıxaracağına söz verdi. Məni arxayın etdiyi üçün razılaşdım və şikayətimi geri götürdüm. Ancaq Ali Məhkəmə də Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxladı. Bundan sonra mən Adəm Məmmədovdan pulumu geri tələb etsəm də, məhəl qoymadı. “Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et” deyərək çıxıb getdi. Sonra oğlumu Binəqədi Rayon Polis İdarəsində Adəm Məmmədovla üzləşdirdilər. Oğlum onu öz əli ilə pul verdiyini bir daha təsdiqlədi. Hazıda Binəqədi Rayon Prokurorluğunda Adəm Məmmədov barəsindəki şikayətimə baxılır. Ancaq hələlik heç bir nəticə yoxdur”, – deyə Şirin Abbasov vurğulayıb.

O, çıxışının sonunda Qarabağ qazisi olduğunu və əlil arabasında gəzdiyini bildirib. Aidiyyatı qurumlardan şikayətinə tez bir zamanda baxılmasını və probleminin həll olunmasınıxahiş edib.

Xəbər 6334 dəfə oxunub.




03.11.2025  19:39 

Bu şəhərdə qan su yerinə axır

03.11.2025  15:25 

Kürəkənə 10 il iş verildi

03.11.2025  14:44 

“Şəbnəmdən zəhləm gedir”


BÜTÜN XƏBƏRLƏR +