Görəsən hökumət nə düşünür? - İqtisadçı
Hava şəraiti ilə bağlı... - Sürücülərə xəbərdarlıq
Sabiq nazir həbs olundu
Ramiz Mehdiyevin “qara kassası“ üzə çıxdı - Ağır ittihamlar -FOTO
Müharibə hələ bitməyib, düşmən evimizi dağıtmağa gəlib -Nikzad
Sahibə Qafarova Misirə səfər edib -FOTO
Rövşən İsgəndərov azadlığa buraxılıb
TikTok“da vətəndaşların pulunu ələ keçirən saxlanılıb
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı
Direktor barəsində şikayəti qızı verib... - 100 minlik...


09.01.2024  16:28 

Bizim ölkəni qaralamaqdan başqa nə etdi Çingiz Hüseynov?





A+  A-

… İdeallaşdırırıq. … Şişirdirik. … Özünü yox, onda yaratdığımız obrazı sevirik.

Çingiz Hüseynov vəfat edib.

Yaşı 95-i haqlamış bir yazıçı ölüb.

Azərbaycan yazıçısı. Amma əsil yox, əslən Azərbaycan yazıçısı…

Nə vaxtsa bəlkə də böyük yazıçımız olmuş, sonradan Moskva ədəbi mühitində demək olar ki, assimlyasiyaya uğramış, son 30 ildə isə Başından daha artıq Yaşı ilə diqqəti cəlb edən bir ədəbiyyat qocalmışıni kimlərsə dilimizin bütün imkanları ilə tərifləyir. Öləndən sonra sifətinin bütün xallarını pozmaqdadırlar.

Amma məncə, soyuqqanlı olmaq və yaxşıca düşünmək lazımdır.

Məsələn bu sual ətrafında: Çingiz Hüseynov yaşadığı Moskvada və 95 yaşlıq ömrünün içində Azərbaycan üçün nə edib? (Ortabab bir əsər olan “Fətəli fəthi”-ni istisna etsək…)
Bizim ölkəni qaralamaqdan, birovuc qaragüruhçunun zövqünü oxşamaqdan başqa nə etdi Çingiz Hüseynov?

Bu gün inkişafının ən sürətli, tarixinin ən qüdrətli çağını yaşayan Azərbaycanın 100 il geri atıldığını iddia etməkdən başqa nə etdi?

“Ermənilər unikal millətdir”, “Ermənistanı başa düşmək olar, onların əraziləri Türkiyədədir” - deyə xəstə qonşularımızın cəfəngiyyatına dəstək verməkdən başqa nə etdi?

Ermənistan-Azərbaycan münaqişəsi başlayandan bəri Siz onu Qarabağın Azərbaycana məxsus olduğunu sübut etməkdən ötrü hardasa bir mətbuat konfransı keçirən gördünüzmü?

Nifrət, böhtan püskürən Zori Balayanın cavabını heç olmasa mövcud olduğu ədəbi məkanda verdimi?

Ya Torpaqlarımızın işğaldan azad edilməsindən, Şuşada, Xankəndidə dalğalanan bayrağımızdan xoşbəxtcəsinə nəsə yazdığını gördünüzmü? Azərbaycan Xalqına bir təbrik məktubu yazdımı, dərc etdirdimi bu adam? Mən görməmişəm... Yəqin elə Siz də!

44 günlük müharibədə Siz onun heç olmasa yaşadığı Moskvada, Rusiya telekanallarından hansısa birində Azərbaycanın maraqlarını müdafiə etdiyini gördünüzmü (lap elə yazıçı Çingiz Abdullayev kimi)?

Adam solğun bir Rüstəm İbrahimbəyovvari ömür yaşadı. Niyə solğun, ona görə ki, Rüstəm ondan istedadlı idi və erməniləri də istedadlı şəkildə, altdan-altdan öyürdü və ölənə yaxın heç olmasa özünü xalqa əfv etdirməyi bacardı. Ona görə məzarı Fəxri Xiyabandadır.

Çingiz Hüseynov ömrünün sonlarımda qaragüruhçu osmanqızı səviyyəsinə düşmüş biri idi və ordan da getdi. Böhtançı, qərəzli, antihəqiqət biri kimi. Onun bir məşhur əsəri də var idi: “Məhəmməd, Məmməd, Məmiş”… Əsər bir insanın deqradiyasından, zəifliyə, cılızlaşmağa gedən yolundan-Məhəmmədlikdən Mamedliyə, ordan da Məmişliyə yuvarlanmasından bəhs edirdi…

Çingiz Hüseynovdan Məhəmməd olmadı.

Mamed kimi yaşadı.

Və Məmiş kimi öldü...


Mir Şahin Ağayev

Xəbər 12656 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.11.2025  18:58 

Sabiq nazir həbs olundu

31.10.2025  19:00 

Vüqar Məmmədov həbs edilib

31.10.2025  17:20 

Muazzez Abacı infarkt keçirdi

31.10.2025  15:45 

SEPAH komandirinə sui-qəsd edildi


BÜTÜN XƏBƏRLƏR +