Meyitdən ürək köçürülən gənc evə buraxıldı
Həbs edilən icra başçısı apellyasiya şikayəti verməkdən imtina edib
İstənilən anda yıxıla bilərik...-Sebastyan
Bu şəhərdə qan su yerinə axır
“Suverenlik Yolunda Təhsil Missiyası” bu dəfə Tərtərdə
Bu avtomobillərin aksiz dərəcəsi artırılır
Deputatı ömürlük həbs cəzası gözləyir
Əli Xameneinin şəklini yandırdı, başından güllələndi
Bloger yerli sakinlərin etirazı ilə qarşılandı - Səbəb?
Kürəkənə 10 il iş verildi


11.04.2023  23:31 

Bu gün ermənilərin istifadə etdiyi PUA-lar kimindir?





A+  A-

Ukraynanı əzmək üçün Rusiyanı PUA-larla təmin edən İran "İslam" Respublikasının bir gün Ermənistanı da Azərbaycana qarşı dronlarla təzhiz edəcəyi əslində gözlənilən idi. Və məhz bu təchizatın nəticəsidir ki, bu gün Ermənistanın ilk dəfə olaraq Azərbaycana qarşı İran istehsalı olan PUA-lardan istifadə etdiyi bildirilir.

Faşist-molla dövləti Ermənistana PUA-ları sadəcə ixrac etməklə kifayətlənməyib. İran təlimçiləri Ermənistan hərbçilərinə sözügedən PUA-ların döyüş şəraitində necə istifadə olunması qaydalarını da öyrədiblər. Və bunun üçün son 1 il ərzində fars instruktorlar erməni hərbçilərinə real rejimdə intensiv təlimlər keçiblər.

Budur, nəticəsi də göz qabağındadır - indi gavur ermənilər "müsəlman" silahı ilə müsəlman (türk) Azərbaycanına qarşı döyüşürlər.

Bu rəzalətə görə əslində bütün İslam dünyası fars-molla rejiminin üzünə tüpürməlidir. Amma əfsuslar olsun ki, normal anlamda İslam dünyası da yoxdur. Kralların, şeyxlərin, Sisi kimi, Əsəd kimi diktatorların təmsil etdiyi "İslam dünyası" da zəlil gündədir və qlobal dünya proseslərinə heç bir təsir gücünə malik deyil.

Mollalar isə fürsətdən istifadə edib dronlarını başımızın üzərindən uçurmaqla məşğuldur. Bəzi Teleqram-kanallarında bildirilir ki, İran PUA-ları Azərbaycan-İran sərhədi boyunca kəşfiyyat uçuşları həyata keçirir. Bu da revanşist-təxribatçı Ermənistana xaincəsinə dəstəyin başqa bir formasıdır.

P.S.
Rusiyanı PUA-larla təchiz etdiyini misilsiz həyasızlıqla inkar edən rəsmi Tehran Ermənistana PUA göndərdiyini də danacaq.

Yeri gəlmişkən, Ermənistanın Hindistandan da PUA-lar aldığı bildirilir.
Başqa sözlə desək, düşmən bizim 44 günlük müharibədəki dronlarla bağlı təcrübəmizdən indi də bizim özümüzə qarşı istifadə etmək istəyir. Biz isə həmişə bir addım öndə olmalı və yeni taktikalar tətbiq etməliyik.

Bəybala Mirzəyev

Xəbər 2499 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.11.2025  19:39 

Bu şəhərdə qan su yerinə axır

03.11.2025  15:25 

Kürəkənə 10 il iş verildi

03.11.2025  14:44 

“Şəbnəmdən zəhləm gedir”


BÜTÜN XƏBƏRLƏR +