Sabiq nazir həbs olundu
Ramiz Mehdiyevin “qara kassası“ üzə çıxdı - Ağır ittihamlar -FOTO
Müharibə hələ bitməyib, düşmən evimizi dağıtmağa gəlib -Nikzad
Sahibə Qafarova Misirə səfər edib -FOTO
Rövşən İsgəndərov azadlığa buraxılıb
TikTok“da vətəndaşların pulunu ələ keçirən saxlanılıb
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı
Direktor barəsində şikayəti qızı verib... - 100 minlik...
Vüqar Məmmədov həbs edilib
Məqsədimiz sülhü qazanmaq idi...- Hikmət Hacıyev


29.09.2025  11:49 

Yük kasıbın, xərc dövlətin, kef varlının... - Bəs, sosial ədalət harda qaldı?





A+  A-

1 oktyabr 2025-dən etibarən metro və bir sıra avtobus marşrutlarında gediş haqqı 60 qəpik müəyyənləşdirilir. Rəsmi izaha görə, bu qərar yalnız müasir tələblərə cavab verən, elektrik və CNG ilə işləyən avtobuslara, eləcə də 2025-ci ildən sonrakı istehsal tarixli dizel avtobuslara aid olacaq. İlk mərhələdə bu dəyişiklik Bakının marşrut şəbəkəsinin 30 faizini əhatə edəcək.

Əlbəttə, rəqəmlər sadə görünə bilər. Amma məsələ təkcə 10 qəpik və ya 20 qəpik fərqində deyil, sosial ədalətin necə təmin olunmasında gizlənir. Çünki metro və avtobusdan istifadə edənlərin böyük əksəriyyəti işə tələsən gənclər, tələbələr, təqaüd və maaşla dolanan insanlar, gündəlik çörəyini qazanmaq üçün səhərdən axşama qədər işləyən sadə insanlardır. Onların büdcəsində gediş-gəlişin payı kiçik görünsə də, ayın sonunda bu, nəzərəçarpacaq məbləğə çevrilir.

Təsəvvür edin ki, ata və ana işə metro ilə gedir, övlad universitetə hər gün avtobusla yollanır. Gün ərzində ən azı 6-7 gediş toplanır. Həftənin, ayın sonuna doğru nə qədər artıq xərc yığıldığını hesablamaq çətin deyil. Bu məbləğ bəzən bir uşaq üçün dərs vəsaiti, bəzən bazardan alınacaq ərzaq, bəzən də kommunal xərclərin bir hissəsi ola bilər.

Sosial ədalət məhz buradadır. Gediş haqqının artımı kimin cibinə necə təsir edir? Bahalı avtomobillərdə hərəkət edən, gündəlik nəqliyyat xərci haqqında düşünməyənlər üçün bu artım əhəmiyyətsizdir. Amma sadə vətəndaş üçün bu, real həyat keyfiyyətinə təsir edən bir faktordur.

Əgər məqsəd ekoloji nəqliyyata keçid və xidmət keyfiyyətinin yüksəldilməsi isə, bunun maliyyə yükü niyə yalnız sərnişinlərin üzərinə qoyulur? Dövlətin sosial siyasəti vətəndaşın rifahını qorumağa yönəlməlidir. Neft gəlirlərindən, dövlət büdcəsinin imkanlarından daha çox istifadə olunaraq, bu keçid prosesi subsidiyalarla dəstəklənə bilərdi. Belə olarsa, həm xidmət inkişaf edər, həm də sosial ədalət qorunardı.

Hörmətli başbilənlər. Cəmiyyətin əsas dayağı sadə vətəndaşdır. O vətəndaşın gündəlik qayğılarını daha da artırmaq yox, yüngülləşdirmək dövlətin başlıca vəzifəsi olmalıdır. Yalnız o halda ictimai nəqliyyatda aparılan islahatlar ədalətli, dayanıqlı və qəbulolunan ola bilər.

N.Oruclu
XəzərNews.az


Xəbər 5501 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.11.2025  18:58 

Sabiq nazir həbs olundu

31.10.2025  19:00 

Vüqar Məmmədov həbs edilib

31.10.2025  17:20 

Muazzez Abacı infarkt keçirdi

31.10.2025  15:45 

SEPAH komandirinə sui-qəsd edildi

31.10.2025  11:42 

Ermənistanda İranın güc amili


BÜTÜN XƏBƏRLƏR +