Oryol vilayətində dronlar İES-i vurdu
Narkotikin təsiri altında maşın sürən qazi saxlanıldı
Deputat suya da limitin tədbiqini təklif edir
9 nəfəri aldadaraq 58500 manat ələ keçirdi
Fariz Babayev vəzifədən uzaqlaşdırıldı -FOTO
Məşhur dirijor xəstəxanaya yerləşdirilib -FOTO
Putindən əmr: Əməliyyatlar...
Cəlaloğlu bacısı oğlunun saxlanılmasından danışdı
Azyaşlıya zorakılıq edən dayə işdən çıxarıldı - RƏSMİ/YENİLƏNİB
Adnanın yaxtası Barselona sahillərində oyun çıxarır - FOTO


21.10.2025  16:57 

Moskvalılar ilk görüşdə yaxın münasibətə necə baxır?





A+  A-

Moskvalılar arasında aparılan “Mamba” sorğusunun nəticələri ictimaiyyətə açıqlanıb.

XəzərNews.az xəbər verir ki, sorğunun nəticələrini Moslenta saytı əldə edib.

Hesabatda qeyd olunur ki, ilk görüşdə cinsi yaxınlıq qərarının səbəbləri kişilər və qadınlar arasında fərqlənir. Kişilər üçün qərar daha çox anlıq hisslərdən qaynaqlanır: 25 faiz iştirakçı güclü cazibəni əsas amil kimi göstərib, 21 faiz isə qarşı tərəfin xarici görünüşü və davranışına diqqət yetirib.

Qadınlar üçün isə emosional və psixoloji amillər ön plandadır. 28 faiz daxili təhlükəsizlik hissini, 22 faiz isə emosional yaxınlığı əsas götürüb. Digər 22 faiz qadın üçün isə kişinin etibarlılığı və niyyətlərinin səmimiliyi həlledici amil sayılır.

Sorğu həmçinin münasibətlərdə təşəbbüsün kim tərəfindən göstərilməsinə dair fikirləri də üzə çıxarıb. Respondentlərin yarısı qadınların təşəbbüs göstərməsini normal qarşılayıb, 36 faiz isə bunu “maraqlı və cəlbedici” adlandırıb. Lakin Moskva qadınları arasında müəyyən ehtiyatlılıq hissi qalır: 51 faiz hesab edir ki, ilk gecə təşəbbüsü ələ alan kişi çox vaxt ciddi münasibət axtarmır.

Qeyd edək ki, daha əvvəl ilk görüşdə cinsi münasibətə dair “əsas qayda” da açıqlanmışdı: yeganə prinsip – könüllülükdür. Yəni, qarşılıqlı razılıq və qarşı tərəfin istəyi olmadan heç bir əlaqə qəbuledilməz sayılır.

Xəbər 2891 dəfə oxunub.



30.10.2025  18:56 

Putindən əmr: Əməliyyatlar...

30.10.2025  17:49 

Baş nazir qərar imzaladı

30.10.2025  13:20 

“Saray Plaza”da ölüm


BÜTÜN XƏBƏRLƏR +