Əli Nağıyev Gürcüstana səfər edib
Bu ölkə Rusiya ilə neft alışını dayandırdı
Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var
250 rus hərbçisi var, vəziyyət kritikdir
Prezident Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb


19.10.2022  14:46 

Kəramət Böyükçöl Yafəs Türksəsdən yazdı





A+  A-

Yafəs, elə bilirdim sən heç vaxt ölməyəcəksən. Yanında ölümdən danışan adamlara əsəbiləşirdin. Deyirdin, bu gəncləri başa düşmürəm, gəzən, əylənən vaxtlarında ölümdən danışırlar. Soruşurdum ki, sən dünyanı tutub duracaqsan? Qayıdırdı ki, zapçastlarımı dəyişə-dəyişə 150 il yaşayacağam. Bunu o qədər əmin və inamla deyirdi, elə bilirdim Yafəs doğrudan da heç vaxt ölməyəcək.

Hamıdan özünə diqqət gözləyirdi. Onun insanlardan gözləntiləri həmişə məni kədərləndirirdi. Dəfələrlə zəng etmişəm ki, Yafəs, hardasan? Gəl, oturaq. Uşaq kimi sevinə-sevinə gəlirdi. Sözünün dalın, qabağın bilən adam deyildi deyə onu məclisə dəvət eləyəndə bəzi dostlar narazılıq edirdi. Amma axırıncı məclislərin birində dostların hamısı ona tərif dedi. Yafəsin gözləri doldu, ağladı.

Xəstələndiyini eşidəndə onunla maraqlandım, bir neçə gün öncə hal-əhval tutdum, yazdım, zəng etdim. Onu çox istədiyimi dedim. Yenə uşaq kimi sevindi.

Azərbaycanda sanki belə bir düşüncə formalaşıb ki, nə eləyirsən elə, amma bilinməsin. Xəyanət elə, bilinməsin. Bilinsə, xəyanətkarsan. Bilinməsə, yox. Əclaflıq elə, amma bilinməsin. Bilinsə, əclafsan, bilinməsə, yox. Yafəsdə heç nə gizli qalmırdı, hər şey bilinirdi. Xəyanəti, əclaflığı gizli saxlaya bilənlər isə Yafəsi bəyənmirdi.

Bu qədər ömür yaşadı, 70 il özünü axtardı, axtardı, heç harda tapa bilmədi. Gah AYB-yə üzv oldu, gah çıxdı. Sonra təzədən üzv oldu, əminəm ki, ölməsəydi, yenə çıxacaqdı.

Gecə yatıb nə fikirləşdisə, səhər gedib YAP-a üzv oldu. Elə bilirdi YAP-da yel əsib qoz töküb. Oradan da diqqət görmədi. Faciə anekdota çevriləndə ikiqat faciə olur, Yafəs kimi daxilən və ruhən sərhədsiz azadlığa sahib bir adamın YAP-çı kimi ölməyinə adamın gülməyi də gəlir.

Sən ona toplumun stereotipləri ilə yanaşanda yaxşı adam da deyə bilmirdin, amma pis adam deyildi. Hərənin bir yalanla başını dolandırdığı dünyada Yafəsin də öz yalanları vardı. Başqalarının yalanları nifrətə, hiddətə, aqressiyaya səbəb olurdu, Yafəsin yalanları isə ancaq özünə ziyan verirdi, həm də 5-10, uzağı 50 manata hesablanmış yalanlar idi deyə adamı güldürür, orda-burda danışmaq üçün şirin bir xatirəyə çevrilirdi.

Tez-tez cəmiyyətin kodları ilə dalaşırdı. Üstünə gələn olanda da yenə cəmiyyətin kodları ilə adamları zərərsizləşdirirdi. Deyirdi, ağsaqqal adamam, mənlə nə işiniz var?

İçi həyat eşqi ilə dolu idi, yaşamaqdan ötrü ölürdü, amma yaşaya bilmirdi.

İllər öncə onun haqqında bir yazı yazmışdım, son abzası belə idi:

"Hərdən Yafəsin məzarını təsəvvür eləyirəm. Qara mərmərdən hazırlanıb. Başdaşına da kök, dolu, keçəl bir şəkli vurulub, çiynində də bir çatnası var, əlini cibinə qoyub ətrafa çəp-çəp baxır, qonşu qəbirləri ələ salır, gülür, onları təfəkkürsüz ölülər adlandırır".

Adamları öldürən həyatdır.

Ölüm bizi xilas eləyir.

Əlvida, Yafəs!

Kəramət Böyükçöl

Xəbər 2526 dəfə oxunub.



25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +