Polis azyaşlı qızın toyunun qarşısını aldı
Aİ Ukraynaya 20,5 milyard avro ayırıb
Türkiyə sahillərində qayıq batdı: ən azı 7 ölü
DƏMX-nin əməkdaşı vəfat edib -FOTO
Putin İlham Əliyevlə telefon danışığı aparıb
Məşhur restoranın üstünə binanın eyvanı düşdü
“Sputnik Azərbaycan”ın daha bir əməkdaşı buraxıldı
Sahibə Qafarova Alen Simonyanla görüşündən danışdı
İmamoğluya qarşı şok ittiham: Televiziya rəhbəri saxlanıldı
Daha bir klinikanın külli miqdarda vergi borcu var -FOTO


28.07.2022  18:59 

“Həmkarlarımızın cəzalandırılmasının qəti əleyhinəyəm” - Rauf Arifoğlu





A+  A-

Bu gün Mətbuat Şurasında media nümayəndələri ilə görüş keçirilib.

Görüşdə sosial şəbəkələrdə orduya qarşı yanlış rəyin formalaşması məsələsi müzakirə edilib.

Müzakirələrdə çıxış edən "Yeni Müsavat" Media Qrupunun təsisçisi və rəhbəri Rauf Arifoğlu yanlış informasiya yayanların həbs olunmasının əleyhinə olduğunu vurğulayıb:

“Azərbaycan mediasının üzərinə çox böyük missiya düşür. Kənardan hər-hansı bir yolla Azərbaycana istiqamətlənmiş dezinformasiyanın qarşısı alınmalıdır. Bunu biz etməliyik. Sədd çəkərək, kimisə tutaraq, adamı cəzalandıraraq yox! Fəaliyyətimizi yeniləyərək, eynilə müharibə dövründəki kimi etməliyik. Bizim savaşımız hələ də davam edir.

Azərbaycana qarşı informasiya müharibəsi hazırda ən müxtəlif platformalarda, xüsusən də rusdilli informasiya məkanında daha kəskin forma alıb.

Düşünürəm ki, Vətənə xəyanət məsələsi yoxdursa, inzibati metodların əleyhinəyəm. Biz xidməti qaydada bunları yazaraq, sənədləşdirərək, öz aramızda müzakirə edərək, Müdafiə Nazirliyinə, ölkə rəhbərliyinə məlumat verməliyik.

Həmkarlarımızın, bəzən nadinc, sözəbaxan olmasalar belə, cəzalandırılmasının qəti əleyhinəyəm”.


Xəbər 3135 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi

23.10.2025  19:08 

Bu rayonlarda qaz olmayacaq


BÜTÜN XƏBƏRLƏR +