Əli Nağıyev Gürcüstana səfər edib
Bu ölkə Rusiya ilə neft alışını dayandırdı
Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var
250 rus hərbçisi var, vəziyyət kritikdir
Prezident Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb


10.02.2020  13:54 

“Təyyarədə mahnı oxudum, pulumu vermədilər”





A+  A-

“Ərəbistanda qastroldan qayıdan zaman təyyarədə hadisə baş verdi. Oturmuşdum, bir də gördüm ki, təyyarə çox pis silkələnir. Çox bərk qorxdum”.
XəzərNews.az xəbər verir ki, bu barədə meyxanaçı, müğənni Samirə Yusifqızı “Ona qalsa” proqramında qonaq olarkən deyib. O, təyyarədə başına gələn həyəcanlı hadisədən danışıb:

“Texnik əlində açarla təyyarənin arxa tərəfinə keçdi. Dəhşət xışıltılı səslər gəlirdi. Dedim ki, nəsə olacaq, sən özün qoru Allah. Bir də gördüm ki, bələdçi xanım mənə yaxınlaşdı ki, Samirə xanım sizi pilot çağırır, mümkünsə gələrdiz. Düşündüm ki, yüz faiz təyyarə gedir... Bunlar da insanları təlaşlandırmamaq üçün məndən oxumağımı istəyirlər. İndi əlim-ayağım əsə-əsə orada oxuya bilərəm? Bələdçinin yanında oturmuşam, gözümdən də yaş gəlir ki, mənim həyatım burda bitdi. Düşünürəm ki, uşaqlarım yetim qaldı, gözümün qabağına ailəm gəldi.

Bələdçi mikrofonu ilə 2-3 mahnı oxudum və gördüm camaat əl çalır. Bələdçi qız gəldi ki, Samirə xanım, sizdən üzr istəyirik. Sən demə, uçduğumuz kampaniyanın rəhbəri ailəsi ilə orada uçur. Onlar da məni tanıyırlar, ailə məclisində olmuşam. Deyiblər ki, Samirə xanımı çağırın oxusun, təyyarədə keflə, musiqi ilə uçaq. Mən də elə bilirəm təyyarə qəzaya düşür. Təzədən bələdçinin yanına getdim və mikrofonu əlindən alıb dedim ki, indi zəhmət olmasa hərəniz 5 dollardan yığın. Pulumu vermədilər”.

Xəbər 2892 dəfə oxunub.




25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +