Əli Nağıyev Gürcüstana səfər edib
Bu ölkə Rusiya ilə neft alışını dayandırdı
Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var
250 rus hərbçisi var, vəziyyət kritikdir
Prezident Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb


13.03.2018  15:54 

Mətbuat Şurasının yeni İdarə Heyəti komissiyalar formalaşdıracaq





A+  A-

“Mətbuat Şurasının çoxsaylı komissiyaları var və onlar müxtəlif tədbirlər keçirirlər. Mətbuat Şurasının VII qurultayında İdarə Heyətinin tərkibi yenidən formalaşıb. Tezliklə ilk toplantımız olacaq”.
XəzərNews.az xəbər verir ki, bunu Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Modern.az-a açıqlamasında deyib.

Mətbuat Şurasının sədri bildirib ki, İdarə Heyətinin yaxın günlərdə yeni tərkibdə keçiriləcək ilk iclasında komissiyaların formalaşdırılması və digər məsələlərə baxılacaq.

Əflatun Amaşov deyib ki, Azərbaycanda reklam bazarı nəzəri baxımdan zəif öyrədilir və prkatiki baxımdan da zəifdir.

“Biz Kütləvi İnformasiya Vasitələrində reklam bazarının niyə zəif olmasını, bunu necə aradan qaldırılmasının səbəblərini öyrənəcəyik. Mətbuat Şurası olaraq Azərbaycanda reklam bazarının artırılması qarşımıza qoyduğumuz ən vacib məsələlərdən biridir”.

Ə.Amaşov bildirib ki, onlayn mediada reklam bazarı istənilən səviyyədə olmadığı üçün onlara dövlət dəstəyi mütləqdir.

“Mətbuat Şurası olaraq qarşımıza qoyduğumuz digər vacib məsələlərdən biri onlayn mediaya dövlət dəstəyinin olmasıdır. Bu gün onlayn media əsas informasiya daşıyıcısıdır. Ancaq reklam bazarı məhv olduğuna görə, onlayn media məcbur olub ayrı-ayrı məmurlar, şəxslər vasitəsilə maliyyələşir. Hesab edirəm ki, reklam bazarının olmadığı bir vaxtda ümumən mediaya dövlət dəstəyinin artırılmasına ehtiyac var. Region qəzetlərinə də dəstək lazımdır”.

Qeyd edək ki, martın 10-da Azərbaycan jurnalistlərinin VII qurultayında Əflatun Amaşov yenidən Mətbuat Şurasının sədri seçilib. Şuranın 11 jurnalistdən, 7 ictimaiyyət nümayəndəsindən və 5 internet informasiya resursu təmsilçisindən ibarət İdarə Heyəti formalaşıb.

Xəbər 3038 dəfə oxunub.



25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +