Polis azyaşlı qızın toyunun qarşısını aldı
Aİ Ukraynaya 20,5 milyard avro ayırıb
Türkiyə sahillərində qayıq batdı: ən azı 7 ölü
DƏMX-nin əməkdaşı vəfat edib -FOTO
Putin İlham Əliyevlə telefon danışığı aparıb
Məşhur restoranın üstünə binanın eyvanı düşdü
“Sputnik Azərbaycan”ın daha bir əməkdaşı buraxıldı
Sahibə Qafarova Alen Simonyanla görüşündən danışdı
İmamoğluya qarşı şok ittiham: Televiziya rəhbəri saxlanıldı
Daha bir klinikanın külli miqdarda vergi borcu var -FOTO


02.10.2017  21:17 

Nazirlikdən şəhid anasının müraciətinə rəsmi - Münasibət





A+  A-

Bir neçə gün öncə “Qafqazinfo”da məcburi köçkün, şəhid anası Füqura Quliyevanın Fövqəladə Hallar Nazirliyinin rəhbərliyinə müraciəti dərc olunmuşdu. Həmin müraciətdə şəhid anası evinin qəzalı vəziyyətdə olduğundan şikayətlənirdi. Məsələyə FHN-in münasibəti gecikməyib.
Nazirlikdən daxil olan məlumatda bildirilir ki, F. Quliyevanın yaşadığı ev fövqəladə hadisə zamanı deyil, fiziki köhnəlmə nəticəsində yararsız hala düşüb.

“29 sentyabr 2017-ci il tarixində “Qafqazinfo.az” saytında dərc edilmiş “Məcburi köçkün, şəhid anası Füqura Quliyeva evinin qəzalı vəziyyətdə olması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin rəhbərliyinə müraciət edib” başlıqlı məqalə ilə bağlı bildiririk ki, Füzuli rayonunun Yuxarı Dilağarda kəndindən məcburi köçkün, hazırda Füzuli rayonunun Araz Dilağarda kəndində məskunlaşmış şəhid anası olan vətəndaş Füqura Quliyevanın yaşadığı ev fövqəladə hadisə zamanı deyil, fiziki köhnəlmə nəticəsində yararsız hala düşüb. Bu səbəbdən də Füqura Quliyeva aidiyyatı üzrə Füzuli rayon İcra Hakimiyyətinə müraciət etməlidir.

Şəhid ailələrinin mənzillə təmin olunması isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətləri daxilindədir. F.Quliyeva məcburi köçkün olduğundan müvafiq yaşayış yeri ilə təmin olunması üçün Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etməlidir. FHN tərəfindən vətəndaş Füqura Quliyevanın yaşadığı evə baxış keçirilməsi, evin hazırki vəziyyətinin müəyyən edilməsi və bu barədə aidiyyatı dövlət qurumlarının məlumatlandırılması məqsədilə Komissiya yaradılıb”, - deyə məlumatda vurğulanır.

Qeyd edək ki, F. Quliyevanın oğlu Natiq Quliyev 1992-ci ildə Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub.

Xəbər 3149 dəfə oxunub.



24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi

23.10.2025  19:08 

Bu rayonlarda qaz olmayacaq


BÜTÜN XƏBƏRLƏR +