Bu ölkə Rusiya ilə neft alışını dayandırdı
Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var
250 rus hərbçisi var, vəziyyət kritikdir
Prezident Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb
DYP-dən xəbərdarlıq


03.11.2022  13:51 

“İnflyasiya part-part, arta-arta gedir” - Deputat





A+  A-

“Dövlət büdcəsində qeyd olunur ki, 21-ci əsr tələblərinə uyğun təhsil sistemi təmin olunacaq. Necə nail olunacaq? Kim bunu təmin edəcək?”

XəzərNews.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Tahir Kərimli bildirib.

“Qeyd olunur ki, 2021-ci ilin iyulun 1-nə qədər Azərbaycanda məşğul olan əhalinin sayı 5 milyon 334 min nəfərdir. Bunun da 1 milyon 720 mini dövlət və qeyri-dövlət sektorunda işləyir. Biz bilirik ki, 30 min insan neft sektorunda işləyir. Əvvəl bu rəqəm 80 min idi. Mənə deyin görüm, 3.6 milyon insan haradadır? Neynəyir? Nə işlə məşğul olur?”, - deyə millət vəkili sual edib.

Deputat bildirib ki, hər dəfə büdcəyə kənd təsərrüfatının quyruğunda balıqçılıq fəaliyyətinin adı çəkilir: “Amma ölkədə balıqçılıq yoxdur. Bizim quru ərazimiz boyda Xəzər ərazimiz, çaylarımız var. Bunu kimi izah edəcək?”

Tahir Kərimli neftdən gələn gəlirlərdən xalqa kömək olmamasını bildirib: “İnflyasiya part-part, arta-arta gedir. Bəzi ölkələrdə neftdən gələn gəlirlərdən əhaliyə birdəfəlik yardımlar edilir. Amma bizdə niyə edilmir?! İnternet qiymətləri artır, telefon qiymətləri artır, qiymətlər artır”./“Qafqazinfo”

Xəbər 2532 dəfə oxunub.



25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +