Bu ölkə Rusiya ilə neft alışını dayandırdı
Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var
250 rus hərbçisi var, vəziyyət kritikdir
Prezident Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb
DYP-dən xəbərdarlıq


25.07.2022  12:23 

Sabiq icra başçısı 12 il azadlıqdan məhrum edilib





A+  A-

İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə Vilyam Hacıyev son sözlə çıxış edib.

Vilyam Hacıyev bildirib ki, istintaq zamanı, məhkəmə dövründə ona qarşı verilən ittihamlar təsdiqini tapmayıb. Dövlətə və dövlətçiliyə xidmət etdiyini qeyd edən Vilyam Hacıyev xidmətlərini sadalayıb. O, sonda məhkəmədən ədalətli qərar qəbul etməyi xahiş edib.

Məhkəmə hökm elan etmək üçün müşavirəyə yollanıb.

Müşavirədən sonra prosesdə hökm elan olunub. Hökmə əsasən, Vilyam Hacıyev 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, prokuror çıxışında Vilyam Hacıyevin 13 il azadlıqdan məhrum edilməsini istəmişdi.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb. Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur./APA

Xəbər 3326 dəfə oxunub.



25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +