Bu ölkə Rusiya ilə neft alışını dayandırdı
Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var
250 rus hərbçisi var, vəziyyət kritikdir
Prezident Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb
DYP-dən xəbərdarlıq


08.10.2021  22:15 

Elxan Məmmədovun gözü qarşısında törədilən cinayət





A+  A-

AFFA-nın icraçı vitse-prezidenti turist səfərinə çıxıb. Daha bütün dünyanı gəzib-dolaşdıqdan sonra Azərbaycanın da rayonlarını tanımaq həvəsi yaranıb Elxan müəllimdə.

“O rayon, sənin, bu rayon mənim” deyib Tovuzdan vurub, Masallıdan çıxır. Kefi kök olduğu üçün getdiyi rayonlarda futbolla məşğul olan uşaqlara da baş çəkir. Masallıda da humanizm göstərib, uşaqların üzünə gülümsəyib, hətta deyilənə görə, cənub bölgəsinə bir-iki top da bağışlayıb.

Elxan Məmmədov uşaqlarla Masallı Olimpiya kompleksinin hay-hayı getmiş, vay-vayı qalmış bərbad süni örtüklü meydançasında ora-bura qaçıb.

Bütün dünyada çoxdan qəbul olunub: uşaqlara süni örtük (o da ola, keyfiyyətsiz örtük) üzərində futbol öyrətmək olmaz. Bu, öyrətmək yox, cinayətdir. Çünki süni örtük o uşaqların sağlamlığına ciddi təsir edir.

Bəs Elxan Məmmədovun gəlişi şərəfinə bu uşaqları bərbad süni örtüyün üzərində yox, harada qaçırtsınlar? Axı Masallıda uşaqların futbola məşğul olması üçün infrastruktur yoxdur.

Olimpiya Kompleksini dövlət baba tikib ki, orda uşaqlar digər idman növləri ilə də məşğul olsun. Uşaq futbolu üçün infrastrukturun qurulması isə həm də AFFA-nın boynunun borcudur. Nöşün ki, bu qeyri-hökumət təşkilatı da əsas maliyyəni məhz dövlət babadan alır.

Bəs hanı Masallıda uşaq futbolu üçün yaradılan infrastruktur? Quruca torpaq meydança da yoxdur ki, uşaqları süni örtüyün üzərinə çıxartmasınlar. Torpaq meydançada oynamaq o bərbad örtük üzərində xəstəlik tapmaqdan yaxşıdır axı.

Hanı dövlətin ayırdığı vəsait? Deyim də. Berlin küçələrinə səpilib. Orda futbol məktəbini maliyyələşdirirdi axı AFFA. Berti Foqtsun dəstəsinə yedizdirdilər bu vəsait . Düz 7 il. Sonra da Prosineçkinin, Yurçeviçin dəstəsi apardı. İndi də De Byazinin “bandası”nın cibləri doldurulur.

Masallıda isə uşaqlar bərbad süni örtük üzərində ora-bura qaçırlar. Guya futbol oynamağı öyrənirlər. Cinayətdir bu. Özü də ağır cinayət. Və bu cinayət AFFA-nın icraçı vitse-prezidentinin gözləri qarşısında törədilirdi. Onun gəlişinin şərəfinə. Gülürdü, çox xoşbəxt görünürdü icraçı vitse-prezident, bədbəxt edilən uşaqlarımızın solğun simasının fonunda.

Natiq Muxtarlı

Xəbər 3594 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +