Əli Nağıyev Gürcüstana səfər edib
Bu ölkə Rusiya ilə neft alışını dayandırdı
Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var
250 rus hərbçisi var, vəziyyət kritikdir
Prezident Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb


15.01.2020  11:58 

Zahir Əzəmət MSK-ya şikayət etdi





A+  A-

45 saylı Abşeron Seçki Dairə Komissiyasının növbədənkənar parlament seçkiləri üçün namizədliyini qeydə almaqdan imtina etdiyi tanınmış yazar,
Qaynarinfo.az-ın baş redaktoru Zahir Əzəmət (Rəhimov) Mərkəzi Seçki Komissiyasına şikayət edib.

XəzərNews.az xəbər verir ki, bu barədə Zahir Əzəmət özü məlumat verib. Baş redaktor bildirib ki, lazımi sənədlər şikayətə əlavə olunub:

"Artıq MSK-ya şikayət etmişik. Lazımı sənədlər hazırlanıb, komissiyanın qərarını gözləyirik. İnanıram ki, MSK öz reputasiyasını qorumaq üçün qısa müddətdə ədalətli qərar qəbul edəcək. Çünki iki gün sonra artıq qeydə alınmış namizədlər rəsmi təbliğat-təşviqat mərhələsinə başlayacaq. Biz isə yaradılmış bu cür süni əngəllər üzündən prosesdən kənarda qalırıq".

Xatırladaq ki, ötən gün Dairə Seçki Komissiyası əmlak bilgilərində uyğunsuzluğu səbəb göstərərək Zahir Əzəmətin namizədliyini qeydə almaqdan imtina etmişdi. Belə ki, namizəd respublika üzrə adına hansı əmlakın olmasını aydınlaşdırmaq üçün 08 yanvar 2020-ci il tarixində Əmlak Komitəsindən rəsmi arayış alaraq, DSK-ya verdiyi məlumatları onun əsasında tərtib edib. Həmin rəsmi arayış da bildirişə əlavə olunub. Ötən gün isə məlum olub ki, Əmlak Komitəsi DSK-ya 26 dekabr 2019-cu ildə tamam başqa cavab verib. Həmin cavabda Z.Əzəmətin ailə üzvü olaraq adının keçdiyi ümumi torpaq sahəsi naməlum səbəblərdən namizədə verilən rəsmi arayışda qeyd olunmayıb.

Xəbər 3389 dəfə oxunub.




25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +