Əli Nağıyev Gürcüstana səfər edib
Bu ölkə Rusiya ilə neft alışını dayandırdı
Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var
250 rus hərbçisi var, vəziyyət kritikdir
Prezident Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb


11.07.2018  18:23 

AMEA-da yeni TƏYİNATLAR





A+  A-

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
AMEA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən XəzərNews.az-a verilən məlumata görə, iclasda Bakı Dövlət Universitetinin 100 illik yubileyi ilə bağlı qərar qəbul edilib, Rəyasət Heyəti AMEA-da Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı Tədbirlər planını təsdiq edib.

Rəyasət Heyətinin digər qərarı ilə akademik Vaqif Fərzəliyev Kimya Elmləri Bölməsinin akademik-katibi vəzifəsini icra edən təyin olunub.



İclasda AMEA-nın elmi bölmələrinin bürolarının yeni tərkibləri məsələsinə baxılıb. Bildirilib ki, hər bir bölmənin büro iclasında akademik-katiblərin müavinləri və büro üzvlüyünə seçkilər keçirilib, nəticələr Rəyasət Heyətini təqdim edilib. Müzakirələrdən sonra Rəyasət Heyəti Kimya Elmləri, Yer Elmləri, Biologiya və Tibb Elmləri, Humanitar Elmlər və İctimai Elmlər bölmələrinin bürolarının yeni tərkiblərini təsdiq edib.



Sonda kadr məsələsinə baxılıb. Rəyasət Heyətinin qərarı ilə riyaziyyat üzrə elmlər doktoru Rövşən Bəndəliyev AMEA professorlarının koordinasiya şurasının sədri təyin olunub.

Xəbər 2899 dəfə oxunub.



25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +