Əli Nağıyev Gürcüstana səfər edib
Bu ölkə Rusiya ilə neft alışını dayandırdı
Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var
250 rus hərbçisi var, vəziyyət kritikdir
Prezident Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb


08.05.2017  21:07 

Naxçıvanda ağır qəza: 4 ölü





A+  A-

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi baş vermiş qəzayla bağlı məlumat yayıb.
XəzərNews.az xəbər verir ki, mayın 7-də, saat 21:00 radələrində Naxçıvan-Sədərək magistral avtomobil yolunda - Kəngərli rayonunun Qıvraq qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
1990-cı il təvəllüdlü Şərur rayonunun Arbatan kənd sakini, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı, polis baş serjantı Ələkbərov Nuran Sadıq oğlunun idarə etdiyi 68-BC-222 dövlət qeydiyyat nişanlı "Mersedes benz E-240" markalı minik avtomobili ilə 1973-cü il təvəllüdlü Naxçıvan şəhər sakini, hərbi qulluqçu Eminov Mirnemət Mirhəsən oğlunun idarə etdiyi 75-BC-080 dövlət qeydiyyat nişanlı "VAZ-21214" markalı minik avtomobili toqquşub.
Hadisəyə yağan güclü yağış nəticəsində yaranmış sel və palçıq qatı səbəb olub. Qəza nəticəsində ağır bədən xəsarəti alan Ələkbərov Nuran Sadıq oğlu, onun həyat yoldaşı 1991-ci il təvəllüdlü Ələkbərova Şəmsiyyə Elçin qızı, oğlu 2013-cü il təvəllüdlü Ələkbərov Sadıq Nuran oğlu və digər avtomobilin sürücüsü Eminov Mirnemət Mirhəsən oğlu Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. Göstərilən tibbi yardıma baxmayaraq onlar mayın 8-də dünyasını dəyişiblər. Hadisə ilə bağlı Kəngərli Rayon Prokurorluğunda araşdırma aparılır.


Xəbər 3170 dəfə oxunub.




25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +