Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var
250 rus hərbçisi var, vəziyyət kritikdir
Prezident Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb
DYP-dən xəbərdarlıq
Kiyev raketlə vuruldu: Ölənlər var
Mehdiyev işində 30 icra başçısı dindirilib?
Polis azyaşlı qızın toyunun qarşısını aldı
Aİ Ukraynaya 20,5 milyard avro ayırıb


22.10.2025  10:43 

Öz ərizəsi ilə işdən çıxmışdı, cinayət məsuliyyətinə cəlb edildi





A+  A-

Məhkəmə Ekspertiza Mərkəzinin keçmiş əməkdaşı cinayət məsuliyyətinə cəlb edilib.

XəzərNews.az xəbər verir ki,“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ədliyyə Nazirliyində aparılan daxili araşdırma nəticəsində müvafiq tədbir görülüb.

Belə ki, 03 iyul 2025-ci il tarixində öz ərizəsi ilə işdən azad edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Rüfət Sultanovun icraatında olan iş üzrə rüşvət almasına əsaslı şübhələr yarandığından, toplanmış materiallar ekspertin əməlinə hüquqi qiymət verilməsi üçün Ədliyyə Nazirliyi tərəfindən prokurorluq orqanlarına göndərilib.

Aparılmış istintaq hərəkətləri nəticəsində keçmiş ekspert R.Sultanov Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma-külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilib.

Cinayət işi ittiham aktı ilə birlikdə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Xəbər 951 dəfə oxunub.



25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +