Paytaxtda 15500 manat oğurlayan şəxs saxlanılıb
Tramp inanır ki... - Rusiya - Ukraynada müharibəsinə son qoya bilər
Orxan Mürsəlovun sabiq müavininin həbsi tələb edildi
“Yelo Bank”a neçə dəfə maliyyə sanksiyaları tədbiq edilib?
YAP-ın deputatı Əli Kərimli haqda məqaləni bəyəndi - FOTO
“Ana Vətən” rəzaləti, yoxsa “siyasi partiya” adlı ailə təsərrüfatları...
Paşinyan: Azərbaycana tranzit məhdudiyyətlərini qaldırırıq
Bakıda 10 ailənin həyatı təhlükə altında -VİDEO
Azərbaycanla işi davam etdiririk - Paşinyan
Mehdiyev “şəbəkəsinin” “ağır topları” - Təmizlənmə nə zaman başlayacaq?


07.05.2022  10:58 

“10-15 milyona idman kompleksləri tikiblər, heç nəyə yaramır”





A+  A-

“Rayonlarda 10-15 milyona Olimpiya İdman Kompleksləri tikilib, amma heç bir nəticə yoxdur. O komplekslərdə indiyə kimi nə güləşçi, nə boksçu, nə də bir futbolçu yetişib”.

XəzərNews.az xəbər verir ki, bu sözləri "Bakupost.az"a açıqlamasında millət vəkili Aqil Abbas deyib.

Onun sözlərinə görə, ilk növbədə regionlarda idmanın, xüsusən də futbolun inkişafı üçün şərait yaratmaq lazımdır:

“İndi bölgə futbolunun inkişafına maraq artıb. Regional yarışlar da keçirilir. İki regional komandanı Premyer Ligaya buraxıblar. Eyni zamanda 1-ci diviziona buraxılan komandalar da var. Artıq müəyyən tədbirlər görülür. Amma ümumilikdə respublikada futbola maraq azdır.

Dövlət futbola kifayət qədər pul ayırır, proqram qəbul edir. Lakin dövlətin o proqramını yerinə yetirənlər bunu tam həyata keçirə bilmirlər. “Turan-Tovuz” və “Kəpəz”in Premyer Liqaya gəlməsi bölgə futboluna diqqətdir. Lakin bu bizim ürəyimiz istədiyi kimi deyil. Əsas problem odur ki, bütün rayonlarda 10-15 milyona idman kompleksləri tikilib. Amma indiyə kimi nə bir güləşçi, nə bir boksçu, nə də bir futbolçu verib. O cümlədən onların hamısında stadion var. Gözəl binalar tikilib, qalıb orada...”

A.Abbas “Xan Lənkəran”ın 1-ci diviziona buraxılmamasına da münasibət bildirib:

“Mən də istəyərəm ki, cənub bölgəsində “Xan Lənkəran” 1-ci diviziona daxil olsun. Amma müəyyən şərtlər var ki, gərək onları yerinə yetirsinlər. Futbol təkcə Azərbaycandan asılı deyil. UEFA-nın öz şərtləri var. O şərtlərə gərək əməl edilsin. Yəni maddi imkandan bankdakı hesaba, komandanın saxlanılmasına qədər çoxlu şərtlər mövcuddur. O şərtləri AFFA qoymayıb, UEFA qoyub. Ona görə də yüksək liqada çox komanda iştirak edə bilmir”.

Millət vəkili hesab edir ki, futbolun ölkəmizdə inkişafı üçün uşaq futbol akademiyaları yaradılmalıdır: “Öncə uşaq futbolu inkişaf etməli, akademiyalar açılmalıdır. Azərbaycanda bu istiqamətdə “Qəbələ”, “Qarabağ” və “Neftçi”nin də akademiyası mövcuddur. Yəni uşaq futbol akademiyaları ilə yanaşı, hər komandanın öz akademiyası olmalıdır ki, futbolçu yetişdirə bilsin.

Onların üzərində işləmək üçün məşqçilər lazımdır. Bir sözlə, uşaq futbolu və region futbolunun inkişafına diqqət artırılmalıdır. AFFA rayonlarda uşaqlara 500 top, idman forması paylayır. Dəfələrlə özüm də iştirak etmişəm. Lakin bununla iş bitmir.

Futbola baxmaq üçün dəfələrlə Lənkərana, Qəbələyə, Gəncəyə, Masallıya getmişəm. Azarkeşlər də çox gəlirlər. Çünki regionlarda futbola maraq var. Bir qədər dəstək olmaq lazımdır. Cənub bölgəsində, Tovuzda, Gəncədə də futbola maraq yüksəkdir. Rayonlarda insanların sevdiyi idman növü daha çox futboldur. İdmanın bütün sahələri gəncləri pis vərdişlərdən qoruyur”.

Xəbər 9454 dəfə oxunub.



27.10.2025  13:52 

Ramazan ayı bu tarixdə başlayacaq

27.10.2025  12:25 

Azər Maqsudova hökm oxunub -FOTO

27.10.2025  12:24 

Türkiyədə zəlzələ oldu

27.10.2025  10:15 

“Report“ 11 yaşında

27.10.2025  00:41 

İranda güclü zəlzələ

27.10.2025  00:30 

Bərdə terrorundan 5 il ötür


BÜTÜN XƏBƏRLƏR +