Benzin, dizel və maye qaz bahalaşacaq
Ərdoğan CHP sədrini məhkəməyə verdi
“Bazarstore”də xoşagəlməz hadisə baş verib -FOTO
Əməkdar artist Cabir İmanovla bağlı paylaşım edib -FOTO
Azərbaycandan Ermənistana gələn buğda yoxlanılacaq – Arutyunyan
Kady 10 həftəlik oyundan uzaqlaşdırıldı
Əməkdar artist vəfat etdi
Neft emalı zavodunda yanğın
Daha bir dövlət qurumu ləğv edildi
Saakaşviliyə yenidən cinayət iş açıldı


04.11.2025  10:55 

Tanınmış bloger axtarışa verildi -FOTO





A+  A-

Rusiya DİN əslən azərbaycanlı bloger Hüseyn Həsənova axtarış siyahısına əlavə edib.

XəzərNews.az xəbər verir ki, o, "çirkli pullar"ın yuyulmasında ittiham olunur.

Bu ilin aprel ayının sonlarında Moskvanın Çertanovski Məhkəməsi Həsənovun qiyabi həbs olunması barədə qərar qəbul edib.

İttihama görə, Həsənov 2019-2021-ci illər arasında 170 milyon rubldan çox vergidən yayınıb. Pulun qanuni istifadəsi görüntüsü yaratmaq üçün o, maliyyə əməliyyatları vasitəsilə 20 milyon rubldan çox pul yuyub.

2024-cü ilin iyun ayında Rusiya Federasiyasının Federal Vergi Xidməti Həsənova qarşı vergidən yayınma ittihamı ilə iddia qaldıraraq onun hesablarını dondurub. İyul ayında Təhlükəsiz İnternet Liqasının rəhbəri Yekaterina Mizulina bloggerin qaçdığını və şirkətlərinin dövlətə olan borclarına görə bağlandığını açıqlayıb.

Moskva Arbitraj Məhkəməsinə təqdim edilən iddiada Federal Vergi Xidməti Qasanovun 112 milyon rubl dəyərində qiymətləndirilən əmlakının müsadirə edilməsini tələb edib. Sentyabr ayında iddiaçı iddianı geri götürüb və məhkəmə işi rədd edib. İddianın rədd edilməsinin səbəbləri göstərilməyib.



Xəbər 1199 dəfə oxunub.




06.11.2025  17:38 

Əməkdar artist vəfat etdi

06.11.2025  17:35 

Neft emalı zavodunda yanğın

06.11.2025  16:18 

Prezident üç fərman imzaladı

06.11.2025  13:32 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +