“Mehdiyevçilikdən” “antimehdiyevçiliyə” keçidin Əli İnsanov düsturu...
Vanqanın dəhşətli proqnozları
Əli Nağıyev Gürcüstana səfər edib
Bu ölkə Rusiya ilə neft alışını dayandırdı
Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var


09.12.2020  10:57 

İran vurulan Ukrayna təyyarəsinə görə təzminat ödəməyəcək





A+  A-

İran səhvən vurulan Ukrayna Hava Yollarına məxsus “Boeing-737” təyyarəsinə görə Ukraynaya təzminat ödəməkdən imtina edib.
XəzərNews.az xəbər verir ki, bu barədə Ukrayna xarici işlər nazirinin müavini Yevgeniy Yenin açıqlama verib.

Onun sözlərinə görə, İran hökuməti 200 milyon avro təzminat məbləğini gələn ilin büdcəsinə daxil etməkdən imtina edib. Yenin qeyd edib ki, onlar bu vəsaiti milli inkişaf fondundan ayırmaq istəyirdilər.

Yenin, İran tərəfi ilə təzminat miqdarı ilə bağlı danışıqların hələ başlamadığını qeyd edib. Eyni zamanda, Ukraynanın təzminat məbləği ilə bağlı mövqeyinin fəlakətin şərtlərindən və obyektiv istintaqı təmin etmək üçün İranın əməkdaşlıq dərəcəsindən asılı olduğunu bildirib.

Bundan əvvəl İran Mərkəzi Sığortasının rəhbəri Qolamreza Soleimani, Ukraynanın “Boeing-737” təyyarəsinin Avropa şirkətləri tərəfindən sığortalandığını, buna görə onların təzminat ödəməli olduqlarını söylədi. Bununla belə, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musəvi, Tehranın təzminat ödəməsinə razı olduğunu bildirib.

Xatırladaq ki, 8 yanvarda Tehrandan Kiyevə uçan Ukrayna Hava Yollarına məxsus “Boeing 737-800” təyyarəsi havaya qalxdıqdan dərhal sonra raket zərbəsi ilə vurulmuşdu. Hadisə nəticəsində 167 sərnişin və 9 ekipaj üzvünün hamısı həlak olmuşdu. İran təyyarənin səhvən HHM sistemi tərəfindən vurulduğunu etiraf etmişdi.

Xəbər 3303 dəfə oxunub.




25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +