Əli Nağıyev Gürcüstana səfər edib
Bu ölkə Rusiya ilə neft alışını dayandırdı
Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var
250 rus hərbçisi var, vəziyyət kritikdir
Prezident Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb


17.10.2025  16:45 

“Mango”nun qurucusunu oğlu öldürüb





A+  A-

“Mango” moda brendinin qurucusu İsak Andiçin ölümü ilə bağlı araşdırmada yeni detallar ortaya çıxıb. Kataloniya məhkəməsi onun oğlu Conatan Andiçi atasının ölümündə şübhəli şəxs kimi tanıyıb.

XəzərNews.az Guardian-a istinadla xəbər verir ki, 71 yaşlı İsak Andiç ötən ilin dekabrında oğlu ilə birlikdə Barselona yaxınlığında Montserrat dağlarında gəzinti zamanı dərəyə yıxılaraq həlak olmuşdu. Polis hadisəni əvvəlcə qəza kimi qiymətləndirsə də, sonradan işi “qəsdən adam öldürmə” kimi araşdırılmağa başlanılıb.

İspaniyanın El País və La Vanguardia qəzetlərinin məlumatına görə, Conatan Andiçin ifadəsində ziddiyyətlər aşkar edilib. Ailənin yaxın dostu, qolfçu Estefania Knuth ata- oğul münasibətlərinin gərgin olduğunu bildirib.

Andiçin ailəsi isə yayılan xəbərləri rədd edib və Conatanın günahsızlığına tam əmin olduqlarını vurğulayıblar.

Qeyd edək ki, İsak Andiç 1953-cü ildə İstanbulda doğulmuş, 1984-cü ildə ilk “Mango” mağazasını açaraq brendi qlobal moda şəbəkəsinə çevirmişdi.





Xəbər 2982 dəfə oxunub.




25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +