Ceyhun Bayramov Maqdalena Qrononu qəbul edib
Bu gün Super Ay hadisəsi müşahidə olunur
ADDA-da Səudiyyə Ərəbistanı səfiri ilə görüş keçirilib
İş adamı saxlanıldı: Oteli əxlaqsızlıq yuvasına çeviribmiş
Prezident daha bir sərəncam imzalayıb
Gürcüstandakı əməliyyatda azərbaycanlı öldürülüb?
Daha bir sosial ev dələduzluğu
FHN 1 ədəd 3 otaqlı evi 91 min manata tikdirəcək
Heydərov Mehdiyevə villa bağışlayıb? - Özü danışdı
Bakıda restoranda yanğın başlayıb


03.11.2025  17:14 

Qərbi Azərbaycandan deportasiyaya dair yazılmış ən sistemli tədqiqat





A+  A-

Səməd Vəkilovun təqdim etdiyi “Qərbi Azərbaycandan deportasiyanın tarixi və hüquqi aspektləri: Salyana köçürülmə (1948–1953)” adlı elmi tədqiqat əsəri 1948–1953-cü illərdə Qərbi Azərbaycanda (indiki Ermənistan ərazisində) yaşayan azərbaycanlıların deportasiyasına, bu ağrılı hadisənin tarixi, hüquqi və insani nəticələrinin araşdırılmasına həsr edilmişdir.

Kitabı bu mövzuda aparılan araşdırmalar sırasında fərqləndirən əsas cəhət həm arxiv sənədlərinə, həm də şahid ifadələrinə əsaslanması və deportasiyanın Salyan bölgəsinə məcburi köçürülən azərbaycanlı icmaları üzərində aparılmış tədqiqatla konkretləşdirilməsidir.

Müəllif deportasiyanın tarixi köklərini və siyasi motivlərini araşdıraraq deportasiyanın SSRİ-nin və xüsusilə Stalin rejiminin Qafqazda apardığı etnik-siyasi siyasətin bir hissəsi olmasını qeyd edir və II dünya müharibəsindən sonra SSRİ-nin Türkiyəyə qarşı ərazi iddiaları (Qars, Ərdahan məsələsi) ilə paralel, Ermənistan rəhbərliyinin “xaricdəki ermənilərin repatriasiyası” üçün torpaq və yaşayış yeri axtarmasının buna rəvac verməsini faktlarla sübuta yetirir. SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il qərarı ilə Ermənistan SSR-dən 100 min azərbaycanlının köçürülməsi qərarı rəsmi sənədlərdə “könüllü köçürülmə” kimi təqdim edilsə də, müəllif arxiv materiallarına əsasən sübut edir ki, bu, zorakı deportasiya idi:"Məktubun nə imzası, nə də tarixi var idi. Bu isə göstərirdi ki, guya ‘Bağırovun Stalinə məktubu’ könüllülük pərdəsi altında saxta hazırlanmış sənəd idi" .

1948–1953-cü illərdə deportasiya dalğalarla həyata keçirilmiş, Ermənistanın 24 rayonundan 200-dən çox kənd boşaldılmış, köçürülənlərin əksəriyyəti Salyan, Sabirabad, Saatlı, İmişli, Zərdab, Kürdəmir, Göyçay kimi Kür-Araz ovalığındakı rayonlara yerləşdirilmişdi.



Kitabda deportasiyanın mədəni genosid tərəfləri də göstərilir, Azərbaycan məktəblərinin, qəzetlərinin və teatrlarının bir-bir bağlanması, İrəvanda Azərbaycan dilində fəaliyyət göstərən Pedaqoji İnstitutun fakültələrinin ləğv edilərək Azərbaycana köçürülməsini müəllif Azərbaycanlıların Ermənistandakı varlığını tamamilə silmək üçün sistemli siyasətin tərkib hissəsi olduğunu xüsusi qeyd edir.

Səməd Vəkilovun təqdim etdiyi araşdırmanın əsas bölümü Salyan rayonuna deportasiya olunan ailələrin bioqrafik məlumatları, şəxsi xatirələri və yaşayış şəraiti geniş təsvirinə həsr olunub. Müəllif “Qarabağlı”, “Yeni Uluxanlı”, “Qaraçala”, “Xalaç” kimi kəndlərdə məskunlaşmış icmaların xatirələri, bugünkü yaşamı fonunda deportasiyanın nəticələrini insan taleyi fonunda işıqlandırır.

Qərbi Azərbaycandan deportasiyaya dair yazılmış ən sistemli tədqiqatlardan biri olan kitabın müəllifi olaraq Səməd Vəkilov Qərbi Azərbaycandan deportasiyanı – sadəcə miqrasiya deyil, planlı etnik təmizləmə aktı kimi qiymətləndirir.

Qərbi Azərbaycandan deportasiyanın tarixi və hüquqi aspektləri: Salyana köçürülmə (1948–1953)” kitabı SSRİ-nin totalitar siyasətinin Azərbaycan xalqına vurduğu zərbəni sənədlərlə sübut edən, Ermənistanın azərbaycanlılardan etnik təmizlənməsini açıq göstərən bir araşdırma olaraq həm tarixi faktlara, həm hüquqi sənədlərə, həm də insan talelərinə söykəndiyi üçün həm elmi, həm də emosional dəyərə malikdir.

Elnarə Qaragözova
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi,
il.f.d., dosent


Xəbər 2211 dəfə oxunub.




05.11.2025  18:05 

Daha bir sosial ev dələduzluğu

05.11.2025  13:27 

Prezident sərəncam imzaladı

05.11.2025  11:40 

Xəzər dənizində zəlzələ olub


BÜTÜN XƏBƏRLƏR +