Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var
250 rus hərbçisi var, vəziyyət kritikdir
Prezident Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb
DYP-dən xəbərdarlıq
Kiyev raketlə vuruldu: Ölənlər var


03.05.2023  14:50 

Əli Şərbətovun ora təyin olunması doğru qərar deyil.. - Deputat





A+  A-

“Əli Şərbətovun Məşədi Dadaş məscidinə imam təyin edilməsi doğru qərar deyil”.

XəzərNews.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov bildirib.

O, Əli Şərbətovu yaxşı tanıdığını, lakin onun təyinatının məqsədəuyğun olmadığını deyib:

“Mən yeni təyin olunan şəxsi, yəni Əli Şərbətovu yaxından tanıyıram və onun fəaliyyəti ilə şəxsən tanışam. O, yaxşı ilahiyyatçı və din xadimidir. Amma fikrimcə, həmin məscidə daha fəal, dini cəmiyyətdə daha çox tanınmış və insanlarla kommunikasiya fəaliyyəti güclü olan şəxsin təyin olunması məqsədəuyğun olardı. Hesab edirəm ki, Əli Şərbətovun oraya təyin olunması doğru qərar deyil. Məşədi Dadaş məscidi bizim ən önəmli, insanların ən çox toplaşdığı məscidlərimizdən biridir”.

Mərhum ilahiyyatçı Hacı Şahinin tərəfdarlarının Məşədi Dadaş məscidini tərk etməsi barədə xəbərlərə münasibət bildirən deputat vurğulayıb ki, insanların məscidlərdən uzaqlaşması onların nəzarətsiz qalmasına səbəb ola bilər.

“Məşədi Dadaş icmasından insanların getməsi, onların evlərdə, yaxud başqa yerlərdə toplaşıb fəaliyyət göstərməsinə gətirib çıxarır. Biz çalışmalıyıq ki, insanlar daha çox məscidlərdə toplaşsınlar və bir araya gəlsinlər. Belə olduğu halda onlara nəzarət etmək imkanımız daha çox olur. Amma biz məsciddən insanları çıxaranda, yaxud insanların uzaqlaşmasına səbəb olacaq addımlar atdıqda onların fəaliyyətinə nəzarət imkanlarımız çətinləşir, məhdudlaşır.

Mən düşünürəm ki, insanların daha çox məscidlərə gəlməsinə çalışmalıyıq. Biz çalışmalıyıq ki, insanları məscidlərə qaytaraq və onlar məscidlərdə fəaliyyət göstərsinlər. Düşünürəm ki, bu məsələdə daha diqqətli olmağa etiyac var. Bu kimi məsələlərdə daha həssas və diqqətli olmalıyıq ki, insanlar fəaliyyətlərini kənar yerlərdə yox, məscidlərdə davam etdirsinlər. Onların fəaliyyəti dövlət qurumlarının nəzarəti altında olsun”.

Qeyd edək ki, Məşədi Dadaş məscidinə yeni imam təyin edilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının əmrinə əsasən, adıçəkilən məscidə Əli Şərbətov imam gətirilib.

Bundan əvvəl “Məşədi Dadaş” məscidinin imamı Hacı Şahin olub. Tanınmış ilahiyyatçı martın 2-də ürəktutmasından vəfat edib.

Xəbər 7063 dəfə oxunub.



25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +