Azərbaycana qayıtmaq niyyətim yoxdur - Rəsul Quliyev
Milyonlarla borcu olan MKTB-lər... - Siyahı
Atasının pullarını oğurlayıb əyləncə klublarında xərclədi
Adnan Əhmədzadə bu şirkətdəki bütün səhmlərini itirdi
Rəisin həbsi ilə bağlı detallar... - Rüşvət alıb
İlham Əliyev Qazaxıstana dövlət səfərinə gedib - Foto
Səhhəti normaldır, xanımı ilə qalır... - Mehdiyevin Qənbəri danışdı
AZAL-dan məcburi eniş edən təyyarə ilə bağlı... - Açıqlama
ANAMA-nın əməkdaşı Xocavənddə ayağını itirdi
Cinayətkar kimdirsə, cəzasını alacaq... - Mehdiyevin əsas adamı


10.07.2024  17:16 

Hüseyn Həsənov Rusiyadan qaçıb





A+  A-

Məşhur azərbaycanlı bloger Hüseyn Həsənov Rusiyadan qaçıb.

Xəzərnews.az Rusiya KİV-nə istinadla xəbər verir ki, bu barədə Təhlükəsiz İnternet Liqasının (SLI) rəhbəri Yekaterina Mizulina “Telegram” kanalında bildirib.

Y.Mizulina vergi idarəsinin onu məhkəməyə verdiyini, bir sıra şirkətlərinin dövlətə olan borclarına görə bağlandığını, özünün isə Rusiyadan qaçdığını bildirib. O, həmçinin Federal Vergi Xidməti, Daxili İşlər Nazirliyi və İstintaq Komitəsinin digər blogerlər - Asxab Tamaev və Edvard Bilin fəaliyyəti ilə məşğul olacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, iyulun 15-də Hüseyn Həsənovun vergilərlə bağlı proseslərə cəlb oluna biləcəyi barədə məlumat yayılıb, Moskva Vergi Müfəttişliyi müvafiq iddia qaldırıb. Federal Vergi Xidmətinə 144 milyon rubl məbləğində borcu yığılan blogerin hazırda başqa dövlətin ərazisində olduğu bildirilir.


Xəbər 24542 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +