Əli Nağıyev Gürcüstana səfər edib
Bu ölkə Rusiya ilə neft alışını dayandırdı
Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var
250 rus hərbçisi var, vəziyyət kritikdir
Prezident Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb


18.10.2025  11:43 

Qızı da atası kimi adını villasına həkk etdirib - Foto





A+  A-

Günlərdir Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin 4 aylıq ev dustaqlığı cəzasını harada çəkməsi müzakirə olunur.

KİV həmin ünvanı öyrənməyə çalışarkən maraqlı məqam diqqəti çəkib. Belə ki, Ramiz Mehdiyev villalarının darvazalarının üzərinə “MR”, yəni ad-soyadının baş hərflərini həkk etdirib. Sabiq PA rəhbərinin ev dustaqlığını keçirdiyi Nəsimi rayonu ərazisindəki (“Avropa” hotelinin yanında, Tbilisi prospektində) malikanəsinin qonşuluğunda yerləşən və qızı Kamilə Əliyevaya məxsus olan villada da bu element mövcuddur.

Mehdiyevin qızının yaşadığı tikilinin üzərinə “İKƏ” hərflərinin (Kamilə Əliyevanın və həyat yoldaşı, sabiq deputat İlham Əliyevin ad-soyadlarının baş hərfləri) daşoyma yolu ilə həkk etdirilməsi ailənin “tarixdə qalmaq və öz irslərini gələcək nəsillərə ötürmək niyyəti”ndən xəbər verir.

Bu yerdə unutmayaq ki, hər daş-dəmir üzərində yazılan tarix deyil. Tarix yaddaşlarda əbədiləşir.

Qeyd edək ki, ev dustağı edilmiş Ramiz Mehdiyevin ailə üzvlərinin ölkədən çıxışına da qadağa qoyulub./Qafqazinfo



Xəbər 3842 dəfə oxunub.



25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +