Ceyhun Bayramov Maqdalena Qrononu qəbul edib
Bu gün Super Ay hadisəsi müşahidə olunur
ADDA-da Səudiyyə Ərəbistanı səfiri ilə görüş keçirilib
İş adamı saxlanıldı: Oteli əxlaqsızlıq yuvasına çeviribmiş
Prezident daha bir sərəncam imzalayıb
Gürcüstandakı əməliyyatda azərbaycanlı öldürülüb?
Daha bir sosial ev dələduzluğu
FHN 1 ədəd 3 otaqlı evi 91 min manata tikdirəcək
Heydərov Mehdiyevə villa bağışlayıb? - Özü danışdı
Bakıda restoranda yanğın başlayıb


31.10.2025  18:25 

Məqsədimiz sülhü qazanmaq idi...- Hikmət Hacıyev





A+  A-

“Vaşinqton sammiti sülh prosesinə siyasi dəstək verdi”.

XəzərNews.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Zəngilan Konqres Mərkəzində diplomatik korpus üçün keçirilən brifinqdə bildirib.

Hikmət Hacıyev vurğulayıb ki, sammitin əsas məqsədi sülhü təmin etmək olub:

“Məqsədimiz sülhü qazanmaq idi. Biz həmçinin ABŞ administrasiyasına, Prezident Trampa və onun bütün komandasına sülh prosesini irəlilətmək üçün siyasi dəstək verdiyinə görə minnətdarıq”.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan və Ermənistan sülhü müəyyənləşdirmək prosesindədir:

“Hazırda Ermənistan və Azərbaycan sülh şəraitində yaşamağı öyrənir, çünki iki ölkə müstəqillik qazandıqdan sonra sülhün nə demək olduğunu bilmirdi. Buna baxmayaraq, sülhü müəyyənləşdirmək prosesindəyik. Müharibəni təyin etmək çox asandır, çünki söhbət qan, dağıntı və bütün bu dəhşətli şeylərdən gedir. Lakin bu vaxt ərzində sülhü təyin etmək və sülh şəraitində yaşamağa uyğunlaşmaq çox çətindir”.

Hacıyev bildirib ki, sülhdən sonra əsas məsələ Azərbaycan və Ermənistan arasında real əməkdaşlıq və qarşılıqlı əlaqələrin qurulmasıdır.

O vurğulayıb ki, Azərbaycanın niyyəti daha geniş bölgəyə sülhün iqtisadi faydalarını gətirməkdir.

“Biz Azərbaycanla Ermənistan arasında etimad quruculuğu üzrə səylərimizi də əsirgəmirik. Həmçinin erməni həmkarlarla birgə iki ölkənin əhalisini də buna hazırlayırıq. Bu, bizim gündəlikdə duran digər əsas məsələlərdən biridir”, – Hacıyev əlavə edib.

Hikmət Hacıyev brifinqdə sülh prosesinin dərinliklərini, regionda dayanıqlı sabitliyin təmin olunmasının vacibliyini və bu istiqamətdə beynəlxalq tərəfdaşlarla əməkdaşlığın davam etdirilməsi zəruriliyini vurğulayıb.


Xəbər 1954 dəfə oxunub.




05.11.2025  18:05 

Daha bir sosial ev dələduzluğu

05.11.2025  13:27 

Prezident sərəncam imzaladı

05.11.2025  11:40 

Xəzər dənizində zəlzələ olub


BÜTÜN XƏBƏRLƏR +