Ceyhun Bayramov Maqdalena Qrononu qəbul edib
Bu gün Super Ay hadisəsi müşahidə olunur
ADDA-da Səudiyyə Ərəbistanı səfiri ilə görüş keçirilib
İş adamı saxlanıldı: Oteli əxlaqsızlıq yuvasına çeviribmiş
Prezident daha bir sərəncam imzalayıb
Gürcüstandakı əməliyyatda azərbaycanlı öldürülüb?
Daha bir sosial ev dələduzluğu
FHN 1 ədəd 3 otaqlı evi 91 min manata tikdirəcək
Heydərov Mehdiyevə villa bağışlayıb? - Özü danışdı
Bakıda restoranda yanğın başlayıb


20.09.2025  19:42 

Sabiq direktora HÖKM OXUNDU -FOTO





A+  A-

Barəsində cinayət işi açılan Mədəniyyət Nazirliyinin Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin sabiq direktoru Əziz Yaşar oğlu Qarayusifliyə hökm oxunub.

XəzərNews.az xəbər verir ki, Əziz Qarayusiflinin Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4, 308.1 və 313-cü maddələri üzrə təqsirləndirildiyi cinayət işinə məhkəmədə baxılıb.

Aparılan araşdırma zamanı sabiq direktorun ümumilikdə 43 030.60 manat məbləğində pulu qulluq mövqeyindən istifadə etməklə mənimsədiyi məlum olub. İstintaq dövründə o da məlum olub ki, dövlət büdcəsinə dəymiş maddi ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilib. Bu səbəbdən Mədəniyyət Nazirliyinin ona qarşı heç bir şikayət, tələb və iddiası olmayıb.

Məhkəmənin qərarı ilə Əziz Qarayusifli Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib. Təqsirləndirilən şəxs iki il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, 4 000 manat məbləğində cərimə cəzası təyin edilib. Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, ötən ilin iyul ayında Mədəniyyət Nazirliyi tərəfindən Mərkəzi İncəsənət Məktəbində yoxlama aparılıb. Məlum olub ki, hər tədris ilinin əvvəlində məktəbin direktoru Əziz Yaşar oğlu Qarayusifli tərəfindən müəssisədə çalışan müəllim heyətinə dərs yükü pul qarşılığında verilib, yaxud həmin verilən dərs yükünün müəyyən bir hissəsinə aid olan maliyyə vəsaiti mənimsənilib.

Xatırladaq ki, sabiq mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə Əməkdar artisti Əziz Yaşar oğlu Qarayusifli 2021-ci ilin fevral ayında Bakı Xoreoqrafiya Akademiyasının Tədris işləri üzrə prorektoru vəzifəsinə də təyin olunmuşdu. O, 1990-cı ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı orkestrinin solisti, 2018-ci ildən isə Bakı Musiqi Akademiyasının dosentidir.//Qaynarinfo.az



Xəbər 3019 dəfə oxunub.



05.11.2025  18:05 

Daha bir sosial ev dələduzluğu

05.11.2025  13:27 

Prezident sərəncam imzaladı

05.11.2025  11:40 

Xəzər dənizində zəlzələ olub


BÜTÜN XƏBƏRLƏR +