Rəqəmlər həyatımızı necə dəyişir? - VİDEO
Hava limanında yanğın
Maşın kanala aşdı: 5 nəfər...
Bakının mərkəzində söküntü - VİDEO
Prezident Ramiz Mehdiyevlə bağlı qərar verdi - Fərman
ABB maşınlarını satır?
Ramiz Mehdiyevin vəzifədə olan qohumları – SİYAHI
DİN: Bir gündə 34 cinayətin üstü açılıb
Qızı da atası kimi adını villasına həkk etdirib - Foto
Arabaçının adına 5 şirkət var, 54 min 441 manat da...


19.03.2019  15:58 

Əli Əhmədov: “Əli İnsanov əfv edilib, amma islah olunmayıb”





A+  A-

Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı dövlət başçısının humanizm siyasətinin daha bir nümunəsidir.
XəzərNews.az-ın məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov jurnalistlərə deyib.

Ə.Əhmədov xatırladıb ki, məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam 400-dən artıq insana şamil edildi:

“Bu, Prezidentin böyük humanizmindən xəbər verir. Dövlətimizin başçısı müxtəlif qanun pozuntularına yol verdiklərinə görə azadlıqdan məhrum edilən insanları əfv etməklə onların ailələrinə sevinc bəxş etdi. Bu sərəncam birinci deyil, dəfələrlə belə sərəncamlar imzalanıb. Azərbaycan hökumətinin məqsədi insanı cəzalandırmaq deyil, qanunun aliliyini gözləməklə insanı etdiyi səhvdən çəkindirməkdir. Əgər bu adamlar səhvlərini başa düşüblərsə, Prezident humanizmlik göstərir və əfv edir”.

Baş nazirin müavini əfv olunan keçmiş səhiyyə naziri Əli İnsanovun verdiyi bəyanata da münasibət bildirib:

“Əfv olunan şəxslərdən biri də Əli İnsanovdur. Prezident onu əfv etməklə humanizmliyini nümayiş etdirdi. Təəssüf hissi ilə qeyd etmək istərdim ki, Əli İnsanov azadlığa buraxıldıqdan sonra fərqli açıqlama verdi. Prezidentin humanizmliyi sayəsində azadlığa çıxan insan gərək belə etməyəydi".

O vurğulayıb ki, azadlığa çıxanlar arasında fərqli dünya görüşünə malik insanlar var, onların hamısı əfv sərəncamını yüksək qiymətləndirdi: "Bu, ən azından insani borcdur. Əgər sənə qarşı yaxşılıq, humanistlik edilibsə, “sağ ol” deməlisən. Amma biz bunu Əli İnsanovdan görmədik".

Ə.Əhmədov əlavə edib ki, hər hansı beynəlxalq təşkilat və ya dövlət Ə.İnsanovun azadlığa buraxılması ilə bağlı Azərbaycan hökuməti qarşısında nə vəsatət qaldırıb, nə də xahiş edib: "Əli İnsanovun guya azadlığa çıxmasında hansısa dövlətin xidmətlərinin olması haqqında danışması, ən yumşaq şəkildə ifadə etsək, ona edilən yaxşılığı dərk etməməsi anlamına gəlir. Görünür, Əli İnsanov əfv olunmasına baxmayaraq, islah olunmayıb. Buna çox təəssüf edirəm. Hesab edirəm ki, Əli İnsanov səhvini başa düşər. Etdiyi səhvlər onun üçün nəticə olmalıdır. O, Prezidentin humanizmini qiymətləndirməlidir. Əgər qiymətləndirə bilmirsə, bu, onun hansı keyfiyyətlərə malik olduğunu göstərir”.

Xəbər 3836 dəfə oxunub.




18.10.2025  18:00 

Hava limanında yanğın

18.10.2025  15:47 

ABB maşınlarını satır?

17.10.2025  21:48 

Rusiyada güclü partlayış

17.10.2025  21:43 

Klub prezidenti öldürüldü -FOTO

17.10.2025  21:12 

İcra başçısı olacaq?

17.10.2025  21:07 

Evlərində axtarış aparılıb

17.10.2025  17:58 

Sabiq professor vəfat etdi -FOTO


BÜTÜN XƏBƏRLƏR +