Məşhur restoranın üstünə binanın eyvanı düşdü
“Sputnik Azərbaycan”ın daha bir əməkdaşı buraxıldı
Sahibə Qafarova Alen Simonyanla görüşündən danışdı
İmamoğluya qarşı şok ittiham: Televiziya rəhbəri saxlanıldı
Daha bir klinikanın külli miqdarda vergi borcu var -FOTO
Qaribaşviliyə qarşı ittiham irəli sürülüb
11 tələbənin təqaüdü kəsildi
Fərman Abbasov vəzifədən atıldı
Əhaliyə Xəbərdarlıq: Bu ərazilərdə...
“Anamı ölümcül hala salıblar”- Video


30.12.2020  14:37 

“Nə edə biləcəyimizi dost da, düşmən də gördü” - Çavuşoğlu





A+  A-

“Bizi nəzərə almadan heç nə edə bilməzlər”.
XəzərNews.az xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilin yekununa dair mətbuat konfransında Şərqi Aralıq dənizində bu il baş verən hadisələrə münasibət bildirərkən deyib.

“Türkiyə addım atdığı zaman bunun hər kəsi məmnun etmədiyini gördük. Bizim prioritetimiz Türkiyənin və millətimizin maraqlarını qorumaqdır. Şərqi Aralıq dənizində meydanda fəaliyyət göstərdik və bizi nəzərə almadan bir şey edilməsinin mümkün olmayacağını təkcə Aİ deyil, hər kəsə göstərdik. Nə edə biləcəyimizi dost da, düşmən də gördü”,- deyə Çavuşoğlu qeyd edib.

Xatırladaq ki, 27 avqust 2020-ci il tarixində Yunanıstana məxsus 6 ədəd “F-16” təyyarəsi Krit adasından havaya qalxaraq, Kipr Respublikası istiqamətində uçuş həyata keçirmiş və Türkiyə tərəfindən beynəlxalq “NAVTEX” elan edilən bölgəyə yaxınlaşmışdı. Bundan sonra Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “F-16” qırıcıları onların bu bölgəyə yaxınlaşmalarının qarşısını almış və bölgəni tərk etməyə məcbur etmişdi.

Xəbər 2643 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi

23.10.2025  19:08 

Bu rayonlarda qaz olmayacaq

23.10.2025  16:37 

Tramp Qəzzaya səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +