Məşhur restoranın üstünə binanın eyvanı düşdü
“Sputnik Azərbaycan”ın daha bir əməkdaşı buraxıldı
Sahibə Qafarova Alen Simonyanla görüşündən danışdı
İmamoğluya qarşı şok ittiham: Televiziya rəhbəri saxlanıldı
Daha bir klinikanın külli miqdarda vergi borcu var -FOTO
Qaribaşviliyə qarşı ittiham irəli sürülüb
11 tələbənin təqaüdü kəsildi
Fərman Abbasov vəzifədən atıldı
Əhaliyə Xəbərdarlıq: Bu ərazilərdə...
“Anamı ölümcül hala salıblar”- Video


29.12.2020  19:37 

Bu gəmi ilə Xəzərin çirklənməsinin qarşısı alınacaq





A+  A-

“Azərbaycanın relyefinə görə tullantı suları bilavasitə Xəzər dənizinə öz təsirini göstərir. Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsində vaxtilə Yalamadan Astaraya qədər ərazidə 350-dən çox axıntı mənbəyi mövcud idi. Hazırda bu mənbələrin sayı 120-dən aşağıdır”.
XəzərNews.az xəbər verir ki, bunu Dövlət Ekspertiza İdarəsinin rəisi Mirsalam Qənbərov bu gün feysbukda canlı yayımda deyib. O qeyd edib ki, nazirliyin müvafiq qurumları dənizdən, həmin axarlardan nümunələr götürür və bu nümunələr təhlil edilir.

M. Qəmbərov bildirib ki, uzun müddət nazirliyin açıq dənizdən nümunələr əldə edə biləcək texnikası yox idi. Bu işi görə bilən Əlif Hacıyev adına gəmi iki ilə yaxın təmir olundu və hazırda istifadəyə verilib. Noyabr ayından etibarən gəmi vasitəsilə reydlər keçirilir:

“Noyabr ayında Xəzər dənizinə 10 gün müddətinə ekskursiya təyin olundu və platformalar ətrafındakı sulardan nümunələr götürülərək təhlil olundu. Təhlil müvafiq obyektlərə, xüsusilə neft hasilatı ilə məşğul olan şirkətlərə göndərildi. Bundan sonra bu gəmi vasitəsilə mütəmadi olaraq reydlər keçiriləcək. Artıq bu prosesə başlamışıq. Bu vasitə böyük texniki imkanlara malikdir, içərisində böyük elmi laborotoriya var. Biz bu gəmi ilə reydlər keçirəcəyik və Xəzərin çirklənməsinin qarşısının alınmasında bu gəminin böyük rolu olacaq”.

Xəbər 3088 dəfə oxunub.



24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi

23.10.2025  19:08 

Bu rayonlarda qaz olmayacaq

23.10.2025  16:37 

Tramp Qəzzaya səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +