Pezeşkian məmurları sərt tənqid etdi
Sərhədlərlər bağlı YENİLİK
Ukrayna 7 milyard ayırdı, buna görə...
Ərdoğan Mixail Kavelaşvili arasında görüş keçirilib -FOTOLAR
Rusiya ordusu bu rayonları ələ keçirib
DOST Mərkəzinə direktor təyin edildi -FOTO
Avtobusda yanğın, ölənlər var
ABŞ bu ölkənin gəmisini vurdu -FOTO
Tanınmış müğənni vəfat etdi -FOTO
Həbs edilən Ramiz Mehdiyevin PARLAQ KARYERASI - DOSYE


20.12.2022  09:57 

Süleyman Mikayılov 2 milyona yaxın vəsaiti...





A+  A-

Qaradağ rayonunun icra başçısı Süleyman Mikayılovun abadlıq işləri, yolların, mənzil fondunun təmiri ilə bağlı tenderləri bitmək bilmir.

Tenderlər əsasən Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Aparatının Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi (MKTİB) tərəfindən keçirilir.

2022-ci ildə MKTİB abadlıq işləri, yolların və mənzil fondunun təmiri ilə əlaqədar ümumi maliyyə dəyəri 1 912 400.48 AZN təşkil edən 8 satınalma müqaviləsi imzalayıb.

Müqavilələrdən ikisi "Texnomaks” MMC, üçü "Qara Qaya” MMC, ikisi "Təmir-Təchizat-4” MMC, biri isə "Global Oilfield Solutions” MMC ilə imzalanıb.

Qurumun keçirdiyi tenderlərin bir çoxunda şərtlər, hansı yolların, bunaların təmir olunacağı, hansı ərazinin abadlaşdırılacağı barədə məlumat yoxdur.

MKTİB-in satınalma müqaviləsi imzaladığı şirkətlər də əsasən Qaradağ Rayon İcra Hakimiyyəti və ona tabeli qurumların tenderlərin qalibi olur.

Bu sırada xüsusilə "Qara Qaya” MMC-ni göstərmək olar. Nə sirrdirsə, sözügedən MMC yalnız Qaradağ MKTİB-nin keçirdiyi tenderlərdə qalib olur. Bəzi iddialara görə, "Qara Qaya”nın sirri onun Süleyman Mikayılovun nəzarətində olması ilə bağlıdır.

Digər şübhəli şirkət isə "Təmir-Təchizat-4” MMC-dir. Maraqlıdır ki, MKTİB adıçəkilən şirkətlə müqavilə imzalayarkən onun dövlət büdcəsinə 8 126.80 AZN vergi borcu olub."Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə vergi borcu olan şirkətlərin tenderdə iştirakı qadağandır.

Qaradağ sakinləri ilə söhbətdən isə məlum olur ki, rayonda abadlıq işləri nəzərəçarpacaq şəkildə deyil. Burada sadəcə kosmetik işlərdən söhbət gedə bilər. Beləliklə, aydın olur ki, Süleyman Mikayılov şübhəli şirkətlərlə 2 milyon manata yaxın vəsaiti kosmetik işlərə sərf edib.

Məsələ ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyətindən münasibət öyrənmək mümkün olmayıb.

Qeyd edək ki, Qaradağ İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovdur. O, 2010-cu ildən bu vəzifəni tutur. Əvvəllər isə Yardımlı və Lənkəran icra hakimiyyətlərinə başçılıq edib./Qaynarinfo

Xəbər 2508 dəfə oxunub.




15.10.2025  01:55 

Sərhədlərlər bağlı YENİLİK

15.10.2025  01:50 

Ronaldo rekordu yenilədi

15.10.2025  01:30 

Avtobusda yanğın, ölənlər var

15.10.2025  00:35 

Tramp Makronu ələ saldı

15.10.2025  00:32 

Bu ərazidə qaz olmayacaq

15.10.2025  00:28 

İnstaqramda yeni qayda

15.10.2025  00:21 

Kiyev işıqsız qaldı

15.10.2025  00:12 

Güclü zəlzələ baş verdi

14.10.2025  17:26 

Sabiq başçı həbsdə qaldı -FOTO


BÜTÜN XƏBƏRLƏR +