TƏBİB deputatın oğluna 392 min ödəyəcək
“Karvan”da kabab yeməyə gəlmişdiz? - Aparat rəhbərinə sual
“Bank VTB“nin müştərisi azaldı
Nazirliyin səlahiyyətlərindən biri ləğv edildi - Sərəncam
Bakıda məşhur həkim xəstəni zorla xəstəxanadan çıxarıb?
Aparıcı ilə “Kontakt Home“nin 8 qəpik borc qalmaqalı - VİDEO
Baş nazir taksilərin sayı ilə bağlı qərar verdi
Mirzoyan Bakıda saxlanılan separatçılardan danışdı
Nobelin sərvəti Azərbaycan nefti üzərində qurulub - Paolo Zampolli
Minsk Qrupu fəaliyyətini bu tarixdə dayandıracaq


25.05.2021  08:46 

“Keşlə“ Azərbaycan Kubokunun ikiqat qalibi oldu





A+  A-

Futbol üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşib.
XəzərNews.az bildirir ki, həlledici qarşılaşmada “Sumqayıt”ı 2:1 hesabı ilə məğlub edən “Keşlə” tarixində 2-ci dəfə bu titula sahib çıxıb. "Bank Respublika Arena"dakı qarşılaşmanı FIFA referisi Əliyar Ağayev idarə edib.

Qarşılıqlı hücumlarla başlayan görüşdə hesab erkən açılıb. 3-cü dəqiqədə standart vəziyyətdən ötürmə zamanı paytaxt təmsilçisinin müdafiəçisi Miyusko Boyoviç topu öz qapısına göndərib. Qoldan sonra bir qədər müdafiəyə çəkilən “gənclik şəhəri” təmsilçisi əks-hücumlara bel bağlayıb. 29-cu dəqiqədə “Keşlə”nin yarımmüdafiəçisi Rəhman Hacıyev rəqib qapıçı ilə üzbəüz qalsa da, fürsətdən istifadə edə bilməyib. Müdafiəçilər topun qapıdan keçməsinə mane olublar.

Buna baxmayaraq, Sənan Qurbanovun baş məşqçi olduğu kollektiv 8 dəqiqə sonra istəyinə çatıb. Şəhriyar Əliyev başla qapını dəqiq nişan alaraq, hesabı bərabərləşdirib. İlk hissənin sonlarında “Sumqayıt”ın futbolçusu Rəhim Sadıxov yaxın məsafədən topu qapının üstündən vurub.

Birinci hissə 1:1 hesablı heç-heçə ilə başa çatıb.

İkinci yarıya daha yaxşı başlayan nominal meydan sahibləri 57-ci dəqiqədə hesabı öz xeyirlərinə dəyişiblər. Avtoqol müəllifi olan Boyoviç bu dəfə künc zərbəsindən sonra rəqibi məyus edib. Hesabda geri düşən “Sumqayıt” ikinci hissənin ortalarında Sadıxovla yaxşı şans yaxalasa da, Azərbaycan millisinin yarımmüdafiəçisi topa istədiyi kimi toxuna bilməyib.

66-cı dəqiqədə Əli Qurbani “Keşlə”nin cərimə meydançasında yerə yıxılsa da, matçın baş hakimi Əliyar Ağayev görüşü davam etdirib. Matçın sonlarına doğru paytaxt təmsilçisi 3-cü qolu vurmağa yaxın olsa da, Sadio Tounkaranın zərbəsində azacıq dəqiqlik çatmayıb. 87-ci dəqiqədə "Sumqayıt"ın heyətində Mehdi Şərifinin başla vurduğu top qapı tirindən meydanı tərk edib. Az sonra iranlı hücumçu növbəti dəfə diqqət mərkəzinə düşüb. Lakin onun fərqlənməsinə rəqib qapıçı Stanislav Namaşko imkan verməyib. Oyunun əsas vaxtına əlavə olunmuş dəqiqələrdə bakılıların yarımmüdafiəçisi Rəhman Hacıyevin qüvvətli zərbəsi dirəyə tuş gəlib.

Beləliklə, 2:1 hesablı qələbə qazanan “Keşlə” kubokun qalibi olub. Bu, eyni zamanda Sənan Qurbanovun ölkə kubokunda 2-ci uğuru kimi tarixə düşüb. Daha əvvəl o, "Qəbələ"nin baş məşqçisi kimi 2019-cu ildə bu titulu əldə edib. Hər iki halda Qurbanov finalda Ayxan Abbasovun rəhbərlik etdiyi "Sumqayıt"ı üstələyib.

Qeyd edək ki, “Keşlə” bu qələbə sayəsində Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək.

Xəbər 3723 dəfə oxunub.



14.10.2025  17:26 

Sabiq başçı həbsdə qaldı -FOTO

14.10.2025  11:40 

İcra başçısı vəfat etdi -FOTO

14.10.2025  11:23 

Baş nazir əmr imzaladı

14.10.2025  10:02 

Bakıda “Rang Rover” yandı


BÜTÜN XƏBƏRLƏR +