Ramiz Mehdiyevə 4 ay ev dustaqlığı... - Məhkəmə
Bu halımızla bizə mədəniyyət ölkəsi demək...
Daha çox şikayət olunan internet provayderləri - SİYAHI
Astarada mal-qara arasında dabaq xəstəliyi yayılıb
TƏBİB deputatın oğluna 392 min ödəyəcək
“Karvan”da kabab yeməyə gəlmişdiz? - Aparat rəhbərinə sual
“Bank VTB“nin müştərisi azaldı
Nazirliyin səlahiyyətlərindən biri ləğv edildi - Sərəncam
Bakıda məşhur həkim xəstəni zorla xəstəxanadan çıxarıb?
Aparıcı ilə “Kontakt Home“nin 8 qəpik borc qalmaqalı - VİDEO


01.10.2017  16:19 

Aşura günü Gəncədə insident olub





A+  A-

Gəncənin “İmamzadə” ziyarətgahında bir qrup şəxslə polis arasında insident olub.
Qafqaz Müsəlmanları İdarəsinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasovun verdiyi məlumata görə, Gəncə şəhər “İmamzadə Ziyarətgahı”nda Tasua və Aşura mərasimlərinin keçirilməsi üçün aidiyyəti orqan və təşkilatlar tərəfindən yüksək səviyyədə təşkilatı məsələlər həyata keçirilib.

Belə ki, razılaşdırılmış qaydada ziyarətgaha giriş qadınlar üçün bir qapıdan, kişilər üçün isə digər qapıdan təşkil olunub.

T.Abbasovun sözlərinə görə, axşam saatlarında bir qrup insanlar ziyarətə qadınlar tərəfindən keçməyə cəhd göstərib, nəticədə insident baş verib. İnsidentin qarşısı asayiş keşikçiləri tərəfindən qısa zamanda alınıb və sabitlik bərpa olunub.

Ziyarətgahda keçirilən mərasim təhlükəsiz başa çatıb.

Gəncə Baş Polis İdarəsindən bildirilib ki, hadisə ilə bağlı araşdırmalar aparılır.

(qafqazinfo.az)

Xəbər 3570 dəfə oxunub.




14.10.2025  17:26 

Sabiq başçı həbsdə qaldı -FOTO

14.10.2025  11:40 

İcra başçısı vəfat etdi -FOTO

14.10.2025  11:23 

Baş nazir əmr imzaladı


BÜTÜN XƏBƏRLƏR +