Fransa Ukraynada dron istehsal edəcək
Yük avtomobili “Volkswagen“i əzib keçdi
Deputat Sumı əhalisinin təxliyəsini təklif edib
İlon Mask Trampla bağlı paylaşımı silib
Yumruq-təpiklə vurmağa başladılar - Restoranda dava
Paşinyana qarşı impiçment prosesi başlayır
Qırğızlar Leninin ən hündür abidəsini sökdülər
Ukraynalı qadın və qızı Belçikada öldürülüb
İlon Mask Amerika Partiyası yaradır
Şübhəli bilinən 36 nəfər saxlanılıb


15.02.2021  17:28 

Şagirdlərin dərs zamanı maska taxması məcburi deyil - Nazirlik





A+  A-

Şagirdlərin dərs zamanı maska taxması məcburi deyil. Bu, valideynlərin özünün seçimidir. Lakin müəllimlər üçün maska taxmaq məcburidir.
XəzərNews.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin əməkdaşı Gülarə Xudiyeva deyib.

Onun sözlərinə görə, övladlarının maskadan istifadə etməsinə nəzarətin edilməsi valdeynlərin öhdəsinə buraxılır:

"Təbii ki, maskadan istifadə etmək tövsiyə edilir. Ondan istifadə etməyi indi özümüzə borc bilirik. Amma şagirdlərin maskadan istifadə etməsi valideynlərin öhdəsinə buraxılıb. Müəllimlərə isə tövsiyə edərdik ki, həm maskadan, həm də üz sipərindən istifadə etsinlər. Üz sipəri maskanın yerinə yetirdiyi funksiyaları yerinə yetirə bilmir".

G.Xudiyeva bunu da əlavə edib ki, valideynlər övladlarını əyani təhsilə göndərməyə məcbur deyillər:

"Bunu valideynlərin seçiminə buraxmışıq. Lakin bu, bir şərtlə olur ki, onlar məktəblə qarşılıqlı şəkildə iltizam imzalayırlar".

Xəbər 3871 dəfə oxunub.




05.06.2025  17:21 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +