Dolların məzənnəsi düşür, məhsullar bahalaşır
“Toplum TV işi“ üzrə növbəti prosesi keçirilib
Pirəkəşküldə partlayış olacaq... - Qorxmayın
Putin -Tramp görüşü razılaşma tələb edir- Uşakov
Qəzza qatliamı: 54 418 nəfər ölüb, 124 190 nəfər yaralanıb
Eldar Mahmudovun şəxsiyyət vəsiqəsini yeniləmirlər
Sabahın havası açıqlandı: Bakıda və rayonlarda...
Messi Azərbaycan millisini təbrik edib
Öpüşmək psixikaya mənfi təsir göstərir
Prezident Alparslan Bayraktarı qəbul edib


01.03.2019  14:43 

“Qızım ondan hamilə qalmışdı, sonra elçi gəldilər”





A+  A-

Bakı Ağır Cinayətlər Məhkəməsində elçi göndərdiyi qızı öldürməkdə, anasını isə öldürməyə cəhd etməkdə təqsirləndirilən 1999-ci il təvəllüdlü Sabir Qədimovun məhkəməsi keçirilib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Rasim Sadıxovun icraatında olan prosesdə mərhum Aytən Cəfərovanın anası, zərərçəkmiş Esmira Cəfərova ifadə verərək hadisənin necə baş verdiyini danışıb: “Sabir qızımla cinsi əlaqədə olub, qızım ondan hamilə qalmışdı, sonra həkimə aparıb dərman içirdiblər. Aytən mənə zəhərləndiyini dedi, xəstəxanaya apardıq. Orada məlum oldu ki, qızım 4 aylıq hamilədir. Buna görə də Sabiri polisə şikayət etmədim. Evə gələndə qızımı almasını istədik. Onun anasıgil gəldi, Sabirin nənəsinin ili çıxandan sonra qızıma elçi gələcəklərini bildirdilər. Bir sözlə, başlarından edirdilər. Onlar evdən çıxan kimi Sabir qızıma zəng edib, onu təhqir edib. Bir neçə dəqiqə sonra isə bizim evimizə gəlib. Qapını mən açdım, bu zaman Sabir tüfənglə məni vurdu. Əlimi qaldırdım, güllə sağ əlimin 2 barmağına dəydi, yerə yıxıldım. Tez qışqırdım ki, “Aytən, evdən qaç”. Sabirin əlləri əsirdi, tüfəngi yanında olan bibisioğlu Sahibə verdi. O da tüfəngi doldurub, yenidən Sabirə uzatdı. Sabir də qızıma atəş açdı. Bir qədər keçəndən sonra onlar tələsmədən evdən getdilər. Mən sürünə-sürünə qızımın yanına getdim, onu qaldırmağa gücüm qalmamışdı. Aytən yerdə “ana, bibi” deyə-deyə can verirdi. Daha sonra sürünə-sürünə küçəyə çıxdım. Qonşunun uşağı mənim yerdə uzandığımı görüb, yaxınlaşdı. Təcili yardım maşını tez gəlsə idi, bəlkə də Aytən sağ qalacaqdı. İstintaq zamanı Sabirlə birgə onun bibisi oğlunun bizə gəldiyini, onun da bu işdə əli olduğunu bildirdim. Lakin Sabirin guya, orada olmadığını qeyd etdilər”.

İttihama görə, hadisə Sabunçu rayonunun Balaxanı qəsəbəsində baş verib.

Sabir Qədimovun ailəsi 17 yaşlı Aytən Cəfərovaya elçi düşüb, ilk olaraq razılıq verilsə də, sonradan münasibətlər pozulub. S.Qədimov evdən babasının tüfəngini götürərək sözlüsünün yaşadığı evə gedib. Orada Aytəni başından güllələyib, ona mane olmaq istəyən Aytənin anası 58 yaşlı Esmira Cəfərovanı da çiynindən və ayağından yaralayıb. A.Cəfərova vəfat edib, E.Cəfərovanın həyatını xilas etmək mümkün olub.

Xəbər 1261 dəfə oxunub.




02.06.2025  14:54 

Rusiyada 41 təyyarə vurulub

02.06.2025  09:17 

Lerikdə zəlzələ qeydə alınıb

01.06.2025  14:54 

Saleh Səmədovu DTX həbs edib?


BÜTÜN XƏBƏRLƏR +