Dolların məzənnəsi düşür, məhsullar bahalaşır
“Toplum TV işi“ üzrə növbəti prosesi keçirilib
Pirəkəşküldə partlayış olacaq... - Qorxmayın
Putin -Tramp görüşü razılaşma tələb edir- Uşakov
Qəzza qatliamı: 54 418 nəfər ölüb, 124 190 nəfər yaralanıb
Eldar Mahmudovun şəxsiyyət vəsiqəsini yeniləmirlər
Sabahın havası açıqlandı: Bakıda və rayonlarda...
Messi Azərbaycan millisini təbrik edib
Öpüşmək psixikaya mənfi təsir göstərir
Prezident Alparslan Bayraktarı qəbul edib


01.03.2019  14:29 

Paşinyan Ermənistan dövləti adından üzr istədi





A+  A-

Ermənistan baş naziri Nikol Paşinyan 2008-ci il 1 mart hadisələrinə görə dövlətin adından xalqdan üzr istəyib.
XəzərNews.az-ın “tert.am” saytına istinadən xəbərinə görə, Paşinyan bildirib ki, o dövrün hakim elitasının hərəkətləri ayrıca olaraq fərdi qüvvələrə, qruplara və insanlara qarşı yönəlməyib.

“Bu şiddətin əsas hədəfi Ermənistan vətəndaşı, onun hüququ, azadlığı olub. Ermənistan bundan sonra heç bir zaman korrupsiya, siyasi zülm, siyasi zorakılıq və hüquqların pozulduğu dövrə qayıtmayacaq. Mən hakim elitanın qanunsuz şəkildə saxtalaşdırdığı seçki nəticələrinə, siyasi qətllərə görə hər kəsdən üzr istəyirəm”.

Xatırladaq ki, 2008-ci il fevralın 19-də keçirilən prezident seçkilərindən sonra Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi blokun tərəfdarları seçki nəticələrinin yenidən nəzərdən keçirilməsi tələbi ilə Azadlıq meydanında toplaşıblar. 10 gün sərasər minlərlə insan meydanı tərk etmədən bütün sutka davam edən nümayişlərdə iştirak ediblər. Onlar bildirirdilər ki, seçki zamanı əslində hazırkı prezident Serj Sarkisyan yox, Levon Ter-Petrosyan qalib gəlib. Konstitusiya Məhkəməsi isə o zaman seçkiləri qanuni olaraq tanıdığını, Sarkisyanın 52,86 faiz səs, Levon Ter-Petrosyanın isə 21,5 faiz səs topladığını açıqlamışdı.

Bundan sonra martın 1-də səhər erkəndən etiraz aksiyası iştirakçıları zorla Azadlıq meydanından dağıdılıb. Daha sonra şəhərin digər hissəsində – Myasnikyan abidəsinin yaxınlığında 10 nümayişçi öldürülüb. Hadisə nəticəsində 200-dən çox insan yaralanıb.

Xəbər 1248 dəfə oxunub.



02.06.2025  14:54 

Rusiyada 41 təyyarə vurulub

02.06.2025  09:17 

Lerikdə zəlzələ qeydə alınıb

01.06.2025  14:54 

Saleh Səmədovu DTX həbs edib?


BÜTÜN XƏBƏRLƏR +