Dövlət büdcəsinin gəlirləri artdı: 17 138.0 milyon manat
Gömrükdən 77 kq-dan çox marixuana keçirmək istədi
Azərbaycanda zəlzələ oldu
Çörək maşınında narkotika... - Video
Şəkidə 34 yaşlı qadın qətlə yetirilib
Dünyada asan olan bizdə niyə çətindir?
Öldürüb dağdan aşağı atdı... - Lerikdə qətl
NATO ölkələrinin müdafiəsi ABŞ-dan asılı ola bilməz - Heqset
Prezident Qurban bayramı münasibətilə təbrik etdi
Kağız üstündə layihələr – Silinən pullar…


16.01.2018  21:18 

Azərbaycan diasporunun oğurlanmış üzvü azad edildi - 35 gün sonra





A+  A-

2017-ci il dekabrın 11-də Kiyevdə axşam saatlarında yaşadığı evin qarşısında naməlum şəxslər tərəfindən oğurlanan Azərbaycanın Ukraynadakı diasporunun üzvü Hikmət Abdullayev yanvarın 15-i azad olunub və cinayətdə şübhəli bilinən 3 nəfər saxlanılıb.
XəzərNews.az bildirir ki, bu barədə “Qafqazinfo”ya açıqlamasında Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Ukraynadakı nümayəndəsi, polis polkovniki Şahin Qocayev məlumat verib.

Ş.Qocayev bildirib ki, hadisə baş verən andan Azərbaycanın Ukraynadakı səfirliyi, Daxili İşlər Nazirliyi və Ukrayna hüquq-mühafizə orqanları arasında birgə müvafiq işlər görülüb. Səfirlik tərəfindən Ukrayna Prezidenti Aparatına, bu ölkənin Baş Prokurorluğuna, Daxili İşlər Nazirliyinə müraciətlər edilib, həmin qurumlarda görüşlər keçirilib.

Onun sözlərinə görə, Azərbaycan tərəfinin köməkliyi və Ukrayna hüquq-mühafizə orqanlarının səyi nəticəsində həyata keçirilən əməliyyat-axtarış tədbirləri öz nəticəsini verib və cinayətdə şübhəli bilinən dəstə zərərsizləşdirilib. Hazırda müvafiq əməliyyat tədbirləri davam etdirilir.

H.Abdullayevin oğlu Coşqun Səbrli isə açıqlamasında atasının azad olunmasında göstərdiyi köməkliyə görə, Azərbaycan hökumətinə, ölkəmizin Ukraynadakı səfirliyinə və Ukrayna hüquq-mühafizə orqanlarına təşəkkürünü bildirib.

Xəbər 1439 dəfə oxunub.




05.06.2025  17:21 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +