Dövlət büdcəsinin gəlirləri artdı: 17 138.0 milyon manat
Gömrükdən 77 kq-dan çox marixuana keçirmək istədi
Azərbaycanda zəlzələ oldu
Çörək maşınında narkotika... - Video
Şəkidə 34 yaşlı qadın qətlə yetirilib
Dünyada asan olan bizdə niyə çətindir?
Öldürüb dağdan aşağı atdı... - Lerikdə qətl
NATO ölkələrinin müdafiəsi ABŞ-dan asılı ola bilməz - Heqset
Prezident Qurban bayramı münasibətilə təbrik etdi
Kağız üstündə layihələr – Silinən pullar…


22.05.2025  13:49 

Ölkəyə 12 manata daxil olan kərə yağı niyə 24 manata satılır?





A+  A-

“Bu il yanvar-aprel aylarında ölkəyə 9 323 ton 500 kq kərə yağı idxal edilib. Bunun üçün 65 mln. 474 min dollar ödənilib. Bir kq kərə yağının ölkəyə idxal qiyməti 11 manat 93 qəpik olub”.

XəzərNews.az xəbər verir ki, bu barədə məlumatı iqtisadçı ekspert Natiq Cəfərli verib.

N.Cəfərli bildirib ki, bu ilin ilk 4 ayında ölkə üzrə kəra yağının orta (bir daha - orta) satış qiyməti 23 manat 59 qəpik olub:

“Yəni, yağ idxal qiymətindən 2 dəfədən də çox baha satılır. Kişinyovdayam, bir az öncə marketlərdə yağ qiymətlərinə baxdım - bizim pulla 1 kq kərə yağı 12-13 manat arası satılır. Niyə bu qədər qiymət fərqi var - çox sadə, Moldova ÜTT-nin üzvüdür, bu sahədə inhisarçılıq yoxdur, yerli istehsalları da az deyil. Ölkədə bir çox sahələrdə anormal qiymətlərin olması, məhz yerli istehsalın azlığı, inhisarçılıq və yüksək vergi-gömrük rüsumlarına görədir”.

N.Cəfərli onu da əlavə edib ki, Moldovada mal ətinin 1 kilosu 10-12 manat arası dəyişir.

Xəbər 658 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.06.2025  17:21 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +