Ceyhun Bayramov İranın yeni təyin olunmuş səfirini qəbul edib
Gəncədə 19 yaşlı gənc özünü asaraq intihar edib
Altı rayona prokurorlar təyin edilib
PA-nın bu işçiləri də diplomatik pasport əldə edəcək
Rusiyaya yeni giriş qaydaları qüvvəyə minir
Rusiya İranın bu hərəkətindən narahatdır
Qaçaqmal yolu ilə qızıl keçirən sabiq gömrükçülər azadlıqda...
“Kino var?.. - Olmayan şey haqqında nə danışım?
Əməliyyatdan sonra qızın qulağı çürüdü - Bakıda
Yük avtomobilləri kütləvi şəkildə cərimələnir - Video


29.11.2018  09:54 

Əhalinin təbii artımı azalıb





A+  A-

Azərbaycanda əhalinin təbii artımı davam etsə də, son 27 il ərzində təbii artım əmsalı 2 dəfədən çox azalıb.
XəzərNews.az Trend-ə istinadən xəbər verir ki, son 27 ildə Azərbaycanda əhalinin ən yüksək təbii artım əmsalı 1990-cı ildə qeydə alınıb. 1990-cı ildə Azərbaycanda əhalinin təbii artımı 140 170 min nəfər olduğu halda, 2017-ci ildə bu say 86 932-ə enib.

Son 27 ildə ölkədə əhalinin hər 1000 nəfərinə düşən təbii artım əmsalı 1990-cu ildəki 19,8 göstəricisindən 8,9-a (2017-ci il) enib.

Artım əmsalının formalaşmasında kişilərin payı qadınlara nisbətən yüksəkdir. 2017-ci ildə kişilər üzrə təbii artım əmsalı 9,5 (1990-cı ildə 20,7), qadınlar üzrə 8,3 (1990-cı ildə 19) olub.

Azərbaycanda şəhər yerləri ilə müqayisədə kənd yerlərində əhalinin təbii artım göstəricisi daha yüksəkdir. 2017-ci ildə kənd yerləri üzrə əhalinin təbii artım göstərici 10,6, şəhər yerlərində 7,4 olub.

27 il əvvəl - 1990-cı ildə isə şəhər yerlərində bu göstərici 16,9, kənd yerlərində 23,3 olub.

Qeyd edək ki, BMT-nin orta ssenari proqnozuna əsasən, Azərbaycan əhalisinin ümumi artımı növbəti illərdə davam edəcək və 2030-cu ildə 10,7 milyon nəfərə çatacaq. Əhalinin yaş strukturu üzrə proqnozlar əsasında müəyyən olunub ki, növbəti illərdə ölkə əhalisinin təbii artımı nisbətən azalacaq və bu, 15 yaşadək olanların xüsusi çəkisinin 2025-ci ildən sonra aşağı düşməsi ilə nəticələnəcək.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev hazırda ölkəmizdə müsbət demoqrafik vəziyyətin olduğunu, əhalinin təbii artım tempinin davam etdiyini bildirib.

Xəbər 3001 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.06.2025  10:05 

VAHİD AZƏRBAYCANI UNUDUN!

24.06.2025  18:40 

Anadolu incisi - Bitlis


BÜTÜN XƏBƏRLƏR +